"Marta qədər ölkədə 100 min ölüm gözlənilir, 20 günlük qapanma şərtdir" - Millət vəkili SOS siqnalı verdi

CHP-li millət vəkili Mustafa Adıgüzel koronavirusla bağlı bədbin proqnoz verib. 
 
Sfera.az bildirir ki, eyni zamanda daxili xəstəliklər uzmanı olan Dr. Adıgüzel bu barədə "Sözcü" qəzetinə danışıb. 

O, Türkiyədə 20 günlük tam qapanmanın şərt olduğunu bildirib:

"Gündə mindən çox ölüm martın əvvəlinə qədər davam edərsə, bu 100 gündə 100 mindən çox insanı itirmək deməkdir. Hazırkı vəziyyətdə 20 günlük tam qapanma şərtdir. Pandemiyanın ən pis günlərini yaşayırıq. ÜST üçüncü dalğanın gələcəyini deyir. Görünür, martın əvvəlinə qədər daha çətin bir mərhələdən keçəcəyik".

Xatırladaq ki, M.Adıgüzel daha öncə koronavirus pandemiyası səbəbilə Türkiyənin təkcə İstanbul, İzmir və Ankara şəhərlərində vəfat edənlərin sayının 16 min 610 nəfər olduğunu açıqlayaraq müzakirələrə səbəb olmuşdu. 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...