Telefonunuz sizin barənizdə nə deyir?

Telefonunuz  sizin barənizdə nə deyir?
Bu, smartfonun növü ilə onun sahibinin xarakter xüsusiyyətləri arasında əlaqəni ortaya qoyan ilk tədqiqatdır.
Smartfonlar bizim "mənin" bir hissəsinə çevrilib. Çoxumuz günün 5 saatını telefonda keçiririk. Bəs smartfonlar biz və bizim xarakterimiz barədə nə deyə bilər?

Böyük Britaniyadakı Lincoln və Lancaster univeristetlərindən olan tədqiqatçılar qrupu Android və iOS əməliyyat sistemi bazasında çalışan 500 smartfon istifadəçisinin davranışlarını, vərdişlərini və öz telefonlarına münasibətlərini araşdırıb.

Onlar belə bir nəticəyə gəliblər ki, smartfon seçimi həqiqətən onun sahibinin bəzi keyfiyyətlərini əks etdirir.

Belə ki, alimlərin fikrincə, Android-ə üstünlük verənlər iPhone alıcılarından daha səmimi insanlardır. Lakin iPhone istifadəçiləri yaşca daha kiçik və daha açıqdırlar.

Tədqiqat göstərib ki, qadınların iPhone-a sahib olmaq şansı kişilərdən iki dəfə çoxdur. Lakin alimlər bunun baş vermə səbəblərini bilmirlər.

Android bazasındakı smartfonların istifadəçiləri öz növbəsində ən çox kişilərdir və çoxuda böyük yaşda olanlardır.

Smartfonlar öz sahiblərinin mini versiyasıdır
Tədqiqatçılar hesab edir ki, smartfon seçimi insana öz şəxsi keyfiyyətlərini göstərmək imkanı yaradır.

Tədqiqat müəlliflərindən biri Heather Shaw deyir ki, smartfonlar artıq öz sahibinin mini-rəqəmsal versiyasına çevriliblər.

"Bir çox insan başqaları tərəfindən telefonunun götürülməsini xoşlamır, çünki telefon vasitəsi ilə bizim haqqımızda şəxsi fikirlər söyləmək olar", o izah edib.

Öz iPhone-larına bağlı olan insanlar Android smartfonlarının sahiblərindən varlı deyillər. Lakin "almasevərlər" telefonlarının hansısa mövqenin göstəricisi kimi qəbul olunmasından daha narahatdırlar. Onlar Android-ə üstünlük verənlərdən daha emosionaldırlar.
Alimlərin fikrincə, Android-ə üstünlük verənlər iPhone alıcılarından daha səmimi insanlardır.
Tədqiqat müəllifləri insanın hansı smartfondan istifadə etdiyini müəyyən edən kompüter proqramı hazırlayıblar.

"Biz insanlara özləri barədə bir neçə sual verməklə statistika modeli yaratmağa nail oduq. Bu məlumatlardan yola çıxaraq həmin proqram bir insanın cibində hansı smartfon olduğunu 70 faiz müəyyən edir", müəlliflərdən biri David Ellis bildirib.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...