“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!
"Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 14 aprel 2018-ci il tarixinədək "Full” istifadəçiləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə "Gənclik Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Full” stendinə gəlmək kifayətdir.

 

"Nar”-ın tamamilə yeni "Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz "Full” paketi ilə təmin etdi.

 

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd "Samsung Galaxy S8” smartfonu, 1 ədəd "Ipad Pro” planşeti və 1 ədəd "Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

 

Uduş 14 aprel 2018-ci il tarixdə saat 18:00-da "Gənclik Mall” AVM-nin 1-ci mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi: "Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir"

Yaxın Şərqdə sülhə gedən yeganə yol - İsrail və Fələstini dövlətinin yaradılmasından keçir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi A...

Mehriban Əliyevadan Zəngilan səfəri ilə bağlı PAYLAŞIM - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfəri ilə bağlı paylaşım edib.  ...

Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serge...

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub.   Sf...

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Sarıcallı kəndində 2040-cı ilədək 4 740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə m...

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndində 2040-cı ilədək 4 428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bl...