“Azercell” abunəçinin vəsaitini yedi

“Azercell” abunəçinin vəsaitini yedi
"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov mütəmadi olaraq "Azercell” mobil operatoru ilə bağlı onlara şikayətlər gəldiyini söyləyir.

Sfera.az-a açıqlama verən E.Hüseynov bu yaxınlarda onlara "Azercell”lə bağlı yeni şikayətin daxil olduğunu deyib:

"Bakı şəhər sakini Abunəçi Emil İsmayılov "Azercell”dən şikayətçidir:
 
"Bizə ərizə ilə müraciət edən abunəçi bildirir ki, 29 mart tarixində internet paketinin vaxtının bitməsi ilə əlaqədar ona mesaj göndərilməyib, internetin yenidən aktiv olması ilə bağlı balansından vəsait çıxılıb. Balansındakı vəsait onun internet paketinə hesablanaraq çıxılıb. Balansında olan vəsaitin geri qaytarılmasını tələb etsə də, bu mümkün olmayıb. Şikayətçi bildirir ki, internet paketinin bitməsi ilə bağlı mesaj vaxtında gələrdisə, bir tədbir görərdi, bu qədər ziyana düşməzdi. Təəssüflər olsun ki, danışıq yolu ilə "Azercell”lə problemləri həll edə bilməmişik. Onlarla kommunikasiyaya keçib problemi həll etmək mümkünsüzdür. "Azercell”in özbaşınalığı davam edir”.

Sfera.az-a açıqlama verən şikayətçi isə bilbirib ki, "Azercell” artıq problemin onlar tərəfindən yarandığını etiraf edib:

""Azercell”in hüquq bölməsindən zəng edib şikayəti geri almağımı istəyirlər. Hələ ki, şikayəti geri götürmürəm. Hələlik, problem araşdırılır. Yəqin ki, yaxın günlərdə problem həllini tapacaq”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...