"Facebook" çətin vəziyyətdə: Trilyonlarla dollarlıq CƏRİMƏ
Maraqlı
22:37 / 27.03.2018
3745
"Facebook" trilyonlarla dollar cərimələnə bilər.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Federal Ticarət Komissiyası "Facebook"la bağlı təhqiqata başlayıb. Komissiya 50 milyon istifadəçinin şəxsi məlumatlarının bir sıra şirkətlərin əlinə necə keçdiyini araşdıracaq. "Facebook" günahkar çıxarsa, məlumatları oğurlanmış hər istifadəçiyə görə 40 min dollar cərimə ödəyəcək.
Xatırladaq ki, qanunsuz şəkildə əldə edilən məlumatlardan ABŞ-dakı prezident seçkilərinin və Brexit müzakirələrinin nəticələrinə təsir etmək üçün istifadə olunub.
Lalə Nəsirova