“Arvadını boşayanda onu evimə çağırıb…” – Elarizlə Samir arasında qalmaqal

“Arvadını boşayanda onu evimə çağırıb…” – Elarizlə Samir arasında qalmaqal
 Müğənni Samir Piriyevlə Elariz Məmmədoğlu arasında qalmaqal yaşanıb.

Buna səbəb Samirin Elarizin ünvanına səsləndirdiyi ittihamlardır.

Pressaz.com xəbər verir ki yenicag.az-a açıqlama verən E. Məmmədoğlu qarşı tərəfi yalan danışmaqda günahlandırıb:

"Samir Piriyev yalan danışır. Mən onu evimə dəvət edib, Kamranla şərik olduğu biznes barədə söhbət etməmişəm. Samirin yadındadırsa, həmin ərəfədə birinci həyat yoldaşından boşanmışdı, depressiya yaşayırdı. Mən onunla görüşdüm, evimə dəvət etdim ki, təsəlli verim, mənəvi köməklik göstərim. Qaldı ki, Kamran Həsənlini müdafiə etməyimə, Kamran heç kimi məcbur etməyib ki, onun biznesinə şərik olsun. Onun bu işdə günahı yoxdur. Həmin vaxt biznes iflasa uğradı, elə özü də ziyana düşdü. O ərəfədə Kamran mənə də biznesinə şərik olmağı təklif etmişdi. Hətta buna görə evimi də satlığa qoymuşdum, müştəri də çıxmışdı. Onda Kamrana dedim ki, evimi satıram, o, mənə qəti etiraz etdi. Dedi ki, biznes iflasa uğrayıb, nəbadə evini satasan. Pis insan olsaydı, elə mənə də pislik edib, evimi satdırardı”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kruiz gəmisində itkin düşən qız 27 ildən sonra fotoda TAPILDI

27 il əvvəl “Rhapsody of the Seas” kruiz gəmisində yoxa çıxan Virciniyalı Emi Linn Bredlinin televiziya şousunda nümayiş etdirilən fotoşəkildə tapıl...

Baş nazir yeni qərar İMZALADI

Baş nazir Əli Əsədov “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.   Sfera.az xəbə...

Makronun sükutdadır - Fransa Ukraynanı unudub?

Fransada keçirilən növbədənkənar parlament seçkiləri fonunda Fransa prezidenti Emmanuel Makron Ukrayna məsələsində müəyyən “sükut” saxlayır, Ukrayna...

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa ÇIXARILACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşki...

Maykl Ceksonun şimpanzesinin 41 YAŞI OLUR

Pop kralının ölümünün 15-ci ildönümü ilə bağlı xəbərlərdə indi də onun şimpanzesinin harada və necə yaşaması gündəmə çevrilib. Maykl Ceksonun şimpanzesi Bubbles...

Şimali Koreya Cənuba daha 350 zibil şarı GÖNDƏRDİ

İki ölkə arasında gərginliyin artması fonunda Cənubi Koreya Şimali Koreyadan gələn zibilin olduğu daha 350 şar aşkar etdiyini bildirib. Cənubi Koreyada Şimaldan...