Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)
![Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)](https://sfera.az/photo/orginal/2017/10/16/370262.jpg)
13:59 / 16.10.2017
2433
Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif "Azərbaycan dili” dərsliyində də mövcuddur.
![](/file/articles/2017/10/16/370261.jpg)
![](/file/articles/2017/10/16/370262.jpg)
Sfera.az unikal.org-a istinadən xəbər verir ki, 4-ci sinif "Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin "düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dərslikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
![](/file/articles/2017/10/16/370261.jpg)
![](/file/articles/2017/10/16/370262.jpg)
Qeyd edək ki, "Azərbaycan tarixi” və "Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.