Tüpürcək və yanaq hüceyrələri testi ilə nə vaxt öləcəyinizi biləcəksiniz - YENİ KƏŞF

Tüpürcək və yanaq hüceyrələri testi ilə nə vaxt öləcəyinizi biləcəksiniz - YENİ KƏŞF

Alimlərin son kəşfi gündəm olub.

 

Sfera.az bildirir ki, yeni araşdırmaya görə, sadə bir tüpürcək testi ilə ölüm tarixi proqnozlaşdırıla bilər. Sözügedən məsələ DNT-dəki dəyişiklikləri təhlil etməklə mümkündür. 

 

Belə ki, elm adamları 1921-1936-cı illər arasında doğulmuş 1513 kişi və qadın üzərində araşdırma aparıblar. Təhlil nəticəsində məlum olub ki, DNT-də baş verən dəyişikliklər ölümlə əhəmiyyətli dərəcədə bağlıdır. Bu üsul ölən insanlar üzərində sınaqdan keçirilib. Tədqiqatçılar gələcəkdə canlı insanlar üzərində də sınaqlar keçirməyi hədəflədiklərini bildiriblər. Məlumata görə, ağızdan götürülən nümunə ilə insanın nə vaxt öləcəyini təxmin etmək olar.

 

Nyu-Yorkda yerləşən “Tally Health” biotexnologiya şirkətinin komandası isə yanaq hüceyrələri vasitəsilə bioloji yaşı hesablaya bilən "CheekAge" adlı epigenetik saat hazırlayıb. “Bath” Universitetinin professoru Adel Murrell bildirib ki,  “CheekAge”in insanın öləcəyi günü və hətta ili proqnozlaşdıra biləcəyinə dair heç bir sübut yoxdur. London Kral Kollecinin professoru Dusko İliç isə  "Bu cür konkret proqnozlar yerinə ehtimala əsaslanan risk qiymətləndirmələri aparıla bilər”, deyə qeyd edib. Onun sözlərinə görə, dəqiq bir proqnozun verilməsi mümkün deyil.

 

Mütəxəssislər qeyd edirlər ki,  “CheekAge” saatı ölüm tarixini proqnozlaşdırmamalıdır,  sağlam qocalmanı uzatmağa yönəlmiş tədqiqatlar çərçivəsində istifadə edilməlidir.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...