Beynəlxalq Dəniz Günüdür

Beynəlxalq Dəniz Günüdür

24 sentyabr Beynəlxalq Dəniz Günüdür.

 

Sfera.az xəbər verir ki, Ümumdünya Dəniz Günü (World Maritime Day) – Birləşmiş Millətlər Təşkilatı sistemində qeyd edilən beynəlxalq bayramlardan biridir.

 

Bu əlamətdar gün Beynəlxalq Dəniz Təşkilatının (International Maritime Organization) Hökumətlərarası Dəniz Məşvərət Assambleyasının 10-cu sessiyasının qərarı ilə 1978-ci ildən 1980-ci ilə qədər martın 17-də, sonrə isə ümumi qərara uyğun olaraq sentyabrın son tam həftəsinin sonuncu günlərindən birində keçirilir.

 

Ümumdünya Dəniz Gününün məqsədi həddindən ziyadə balıq ovunun, su hövzələrinin çirklənməsinin və qlobal istiləşmənin dənizlərə və okeanlara bərpa olunmayan zərər vurduğuna beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir. Ən mühüm məsələlər dəniz daşımalarının ekoloji təhlükəsizliyinin artırılması, dəniz mühitinin xüsusilə neftlə çirklənməsinin qarşısının alınması, bioresursların mühafizəsi və brakonyerliklə mübarizədir.

 

BMT-nin məlumatlarına görə, son 100 ildə tuna, treska, qılınc balığı kimi balıq növlərinin 90%-i ovlanıb. Hər il dənizlərə və okeanlara 21 milyon barrel neft axıdılır.

 

İri su hövzələrinə atılan plastik tullantılar isə ildə milyonlarla dəniz quşunun və 100 000 dəniz məməlisinin məhvinə səbəb olur. Qlobal istiləşmə səbəbindən son 100 ildə planetin iri su hövzələrində suyun səviyyəsi 10-25 sm qalxıb.

 

Dəniz nəqliyyatı ilə yükdaşımalar beynəlxalq əmtəə yükdaşımalarında ən effektiv və rentabelli üsul hesab olunur, bu isə dənizlərin və okeanların ekosisteminin pozulması ilə nəticələnir. Axı qlobal ticarətin 80%-i məhz dəniz nəqliyyatı ilə həyata keçirilir.

 

Dünya ölkələri bu gün müxtəlif təbiəti-mühafizə tədbirləri, ekoloji aksiyalar və mitinqlər keçirir, maarifləndirici fəaliyyətlərlə insanları dəniz və okeanları, onların flora və faunasını qorumağa töhfə verməyə səsləyirlər. Ekoloji təqvimə salınmış Beynəlxalq Dəniz Gününün davam etdiyi müddətdə bütün dünya ictimaiyyətinə su hövzələrinin zənginliyi barədə məlumat verilir, planetin hər bir sakininə bu resurslarının qorunmasının vacibliyi təbliğ edilir. Tədbirlər sentyabrın sonunadək davam etdirilir.

 

Qeyd edək ki, Yer kürəsinin 70 faizi su ilə örtülüb. Planetimizdəki biokütlənin isə 90 faizi su hövzələrinin payına düşür.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...