40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO


40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər?


Sfera.az bildirir ki, Birinci Dünya Müharibəsi veteranı Pol Kernin hekayəsi elm dünyasının həllini tapa bilmədiyi ən böyük sirrlərdən biridir.
 

Pol Kern I Dünya Müharibəsi zamanı Macarıstan ordusunda əsgər olub. 1915-ci ildə müharibənin ortasında başından güllə yarası alaraq ağır yaralanır.
 

Güllə onun beyninin ön hissəsində yerləşib və Kern möcüzəvi şəkildə bu potensial ölümcül yaradan sağ çıxıb. Amma əsl sirr güllə çıxarıldıqdan sonra başlayıb.
 

Kern əməliyyatdan sonra oyansa da, bir daha yuxuya getmədiyini iddia edib. Üstəlik, bu yuxusuzluq bir neçə gün davam edən müvəqqəti bir vəziyyət deyil, 40 il davam edəcək bir həyat tərzi idi.
 

Yuxusuzluq uzun müddət davam edərsə, bu, ciddi koqnitiv pozğunluqlara, halüsinasiyalara və hətta şəxsiyyət dəyişikliklərinə səbəb ola bilər. Lakin yuxusuz keçən bu 40 il ərzində Kerndə alimlərin gözlədiyi heç bir əlamət müşahidə olunmayıb.
 

Astronavtlar və əsgərlər kimi güclü fiziki və əqli çətinliklərə məruz qalan insanlar belə bir neçə gün yuxusuz qaldıqda ciddi sağlamlıq problemləri yaşasalar da, Kernin bu şəkildə necə sağ qaldığı hələ də sirr olaraq qalır.


Paul Kernin vəziyyəti bugünkü elm adamları üçün hələ də böyük bir sirr olaraq qalır. Yuxu üzrə elm adamları Kernin beyninə dəyən güllənin beynin yuxuya ehtiyacı olan hissəsinə təsir göstərərək onun yuxusuzluğa səbəb ola biləcəyini düşünürlər.
 

Amma bu sadəcə bir nəzəriyyədir. Başqa bir nəzəriyyə isə Kernin gün ərzində bilmədən bir neçə saniyə mikroyuxuya düşdüyü fikrini müdafiə edir.
 

Hər iki nəzəriyyə maraqlı olsa da, heç biri bu vəziyyətin 40 il necə davam etdiyini qəti şəkildə izah edə bilmir.
 

Pol Kernin bu qeyri-adi həyatı elm aləmində yuxu və beyin fəaliyyəti ilə bağlı yeni suallar doğurub və alimləri təəccübləndirməyə davam edir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR