Sabah "planetlərin paradı" BAŞLAYIR

Sabah "planetlərin paradı" BAŞLAYIR

Avqustun 28-də səhər saatlarında altı planet və Yerin peyki Günəşin bir tərəfində düzülərək "planetlərin şərti paradı"nı təşkil edəcək.


Sfera.az xəbər verir ki, Veneradan başqa bütün planetlər Yer səmasında Günəşin bir tərəfində yerləşəcək və eyni zamanda görünəcək.


Belə ki, Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbində olacaq.

 
Qeyd edək ki, “Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik və böyük planetlərin paradı.

 

Kiçik planetlərin paradı Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə, böyük planetlərin paradı isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə baş verir, lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır.


Günəş sistemindəki bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir. Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.


Növbəti böyük planet paradı isə 28 fevral 2025-ci ildə baş tutacaq. Saturn, Merkuri, Neptun, Venera, Uran axşam səmasında düzüləcək və onların yanında (şərqdə) parlaq Yupiter və Mars olacaq. Yeddi planetin hamısı Günəşin eyni tərəfində olacaq.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...