Avqustun 9-u Beynəlxalq Kitabsevərlər günüdür
Bu gün Beynəlxalq Kitabsevərlər günüdür.
Sfera.az-ın məlumatına görə, hər il avqustun 9-u qeyd olunan bu gün ABŞ ilə əlaqəlidir. Belə ki, sözügedən tarix ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb, daha sonra bütün dünyaya yayılıb.
Əksəriyyət bu günü insanlara kitab hədiyyə etmək, yeni kitablar almaq, əvvəldən nəzərdə tutduqları maraqlı bir kitabın mütaliəsinə başlamaq, başladıqları kitabı bitirməklə qeyd edirlər. Bəziləri isə bilet alıb, dünyanın o biri başındakı ən məşhur kitabxanasını ziyarət etməklə, yaxud ən böyük kitab mağazasına getməklə keçirirlər.
Qeyd edək ki, Beynəlxalq Kitabsevərlər Gününün necə və nə vaxt kim tərəfindən yaradıldığı, təqvimin bir hissəsinə necə çevrildiyi hələ də məlum deyil.
Türkan