"2040-cı ildə ölülər fiziki olaraq diriləcək, insanın..." - Kahindən QƏRİBƏ PROQNOZ

"2040-cı ildə ölülər fiziki olaraq diriləcək, insanın..." - Kahindən QƏRİBƏ PROQNOZ

“Texnologiya kahini” kimi tanınan futurist Rey Kurzveylin yeni açıqlaması gündəm olub.

 

Sfera.az bildirir ki, o, dünyanın 2030-cu ildən sonra ölümsüzlük dövrünə qədəm qoyacağını deyib. Kurzveyl fikirlərini bu cür izah edib:

 

“İlk növbədə ölülər diriləcək. Yəni dünyasını dəyişən şəxslər süni intellekt texnologiyası sayəsində əvvəlcə insanı təqlid edən simulyasiyalar şəklində, daha sonra fiziki olaraq diriləcəklər. 2040-cı illərə qədər insanın surətini çıxarmaq mümkün olacaq. İnsanlar indikindən milyon dəfə daha ağıllı olacaqlar. Belə ki, biz səviyyəli süni intellekt və İlon Maskın “Neuralink” kimi beyin çipləri ilə "zəkanın beşinci dövrünə" daxil olmaq üzrəyik. Bu, 2029-cu ildən sonrakı illərə təsadüf edir”.

 

Kahinin sözlərinə görə, 2030-cu ilə qədər süni intellektli bioloji simulyatorlar klinik sınaqları illərlə deyil, saatlarla aparacaq: “Həyat daha ucuz və asan olacaq. Yəni texnologiya gündəlik həyatda inqilabi dəyişikliklərə səbəb olacaq, robotlar bina hissələri istehsal edən 3D printerlərin köməyi ilə inanılmaz sürətlə göydələnlər inşa edə biləcək, günəş enerjisinin qiyməti azalacaq, mədən xammalının xərcləri aşağı düşəcək”.

 

Qeyd edək ki, kompüter alimi və keçmiş Google mühəndisi olan Rey Kurzveyl 2002-ci ildən indiyə qədər verdiyi dəqiq texnoloji proqnozları ilə tanınır. O, əvvəllər “iPhone” dövrünü proqnozlaşdırmış və 1998-ci ilə qədər kompüterin şahmat kimi oyunlarda insanı məğlub edəcəyini bildirmişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...