Birinci vitse-prezident Talassemiya Mərkəzində oldu - FOTO

Birinci vitse-prezident Talassemiya Mərkəzində oldu - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.

 

Sfera.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

 

Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.

 

Birinci vitse-prezidentə məlumat verildi ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.

 

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.

 

Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

 

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

 

 




























 


OXŞAR XƏBƏRLƏR

Xaçmazda 32 yaşlı qadın dəm qazından boğularaq öldü

Xaçmazda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.   Sfera.az-ın məlumatına görə, şəhərin Rəşid Behbudov küçəsində, Bakı şəhər sakini 1992-ci il tə...

"Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun" - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib. &n...

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak Azərbaycana səfər edəcək.   Sfera.az xəbər ve...

Şəmkirdə yol qəzası oldu - Ər və arvadı xəsarət aldı

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kənd...

Milli Parkdakı konsert və möhtəşəm atəşfəşanlıqdan FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Zəfər Günü ilə əlaqədar Bakının Dənizkənarı Milli Parkında bayram konserti təşkil olunub. Konsret proqramı atəşf...

BMT Baş katibi həftəsonu Bakıya gəlir

BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlaması...