“iPhone” liderliyini itirdi, ilk yeri bu marka TUTDU

“iPhone” liderliyini itirdi, ilk yeri bu marka TUTDU

Bazar araşdırmaları ilə məşğul olan “International Data Corporation” (IDC) təşkilatının məlumatlarına görə, dünyada 2024-cü ilin ilk 3 ayında “iPhone” satışı 50,1 milyona düşüb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ötən ilin birinci rübü ilə müqayisədə bu il “iPhone” satışı 9,6 faiz azalıb.


İDC azalmanı Çin amili ilə əlaqələndirib. Təşkilat hesab edir ki, Çinin “Huawei” və “Xiaomi” kimi iri şirkətlərinin satışları artırması, eləcə də Çində “iPhone” telefonlarından istifadənin məhdudlaşdırılması “iPhone” satışlarına mənfi təsir edib. 


“iPhone” satışlarının azalması “Samsung”un liderliyə yüksəlməsinə səbəb olub. “Samsung”un satışlarının sayı 60 milyonu ötüb. 


Ümumilikdə, bu ilin birinci rübündə dünyada 289,4 milyon ədəd smartfon satılıb. Son bir ildə smartfon satışında 7,8 faiz artım baş verib. 


“Samsung” satışların 20,8 faizini təmin edib. “Apple” 17,3 faiz bazar payı ilə ikinci, Çinin “Xiaomi” şirkəti isə 14,1 faizlə üçüncü yerdədir. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...