\"Apple\" istifadəçilərinin NƏZƏRİNƏ! - XƏBƏRDARLIQ EDİLDİ
![\](https://sfera.az/photo/orginal/2024/04/11/1712837527_1697081114662.png)
16:03 / 11.04.2024
22251
Texnologiya nəhəngi “Apple” Hindistanda və digər 91 ölkədəki istifadəçilərinə pullu casus proqramlarının hücumları barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, xəbərdarlıqda mənbəyi məlum olmayan e-maildən gələn mesajları açmamaq tövsiyə olunub.
Şirkət 2021-ci ildən bəri ildə bir neçə dəfə istifadəçilərə oxşar xəbərdarlıq bildirişləri göndərib.
Qeyd edək ki, bu günə qədər 150-dən çox ölkədə istifadəçilərə xəbərdarlıq edilib.
Ülkər Abdurahmanlı