Günəş tutulmasından sonra zəlzələ ola bilərmi? - Alimlər AÇIQLADI

Günəş tutulmasından sonra zəlzələ ola bilərmi? - Alimlər AÇIQLADI

Aprelin 8-də Şimali Amerika qitəsində baş verən tam Günəş tutulması bir çox insanda qorxuya səbəb olub. Belə ki, sosial şəbəkələrdə Günəş tutulması ilə yer qabığının təsirlənəcəyi və çatların qırılacağı iddia olunub.

 

Sfera.az xəbər verir ki, müzakirələrə səbəb 11 avqust 1999-cu ildə baş verən və Türkiyənin bir çox şəhərlərindən müşahidə edilən Günəş tutulması ilə bağlıdır. 

 

Bu tarixdən 6 gün sonra mərkəzi Gölcükdə olan böyük zəlzələdə 20 mindən çox insan həyatını itirib. Bəziləri zəlzələnin tutulmadan təsirləndiyini düşünüb. 25 il sonra yenə eyni şayiələr yayılmağa başlayıb.


    
Bəs doğrudan da Günəş tutulması zəlzələyə səbəb ola bilərmi?

 

Statistik olaraq, Günəş tutulmasından sonra zəlzələ ehtimalı son dərəcə aşağıdır. 7 bal və daha yüksək zəlzələ üçün enerji 200-ə qədər yığılmalıdır. Bunun üçün də uzun müddət lazımdır. Alimlərin fikrincə, nə ay, nə də günəş tutulması zəlzələyə səbəb ola bilər.

 

Qeyd edək ki, Yaponiyada 2011-ci ildə baş verən böyük zəlzələdən əvvəl və ya sonra Günəş tutulması olmayıb. Beləliklə, Günəş tutulması ilə zəlzələ arasında heç bir əlaqə yoxdur. 

 

NASA-nın məlumatına görə, 2044-cü ilə qədər Birləşmiş Ştatlardan görünən başqa tam Günəş tutulması olmayacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...