Nasistləri hakimiyyətə gətirən yalan ustası: Cozef Göbbels

Nasistləri hakimiyyətə gətirən yalan ustası: Cozef Göbbels

Hitler bütün dünyanı sarsıdacaq qorxunc əməllərini icra edərkən tək olmayıb. Əslində bütün bunları planlaşdıran şəxs başqa birisi, Göbbels idi.

 

Sfera.az bu araşdırma yazısında nasistləri hakimiyyətə gətirən Göbbels haqqında məlumat təqdim edir. 

 

“Yalan nə qədər böyükdürsə, insanlar ona bir o qədər inanar!” deyimini heç eşitmisinizmi?

 

 

1897-ci ildə anadan olan, təhsil həyatını bir kənara qoyub jurnalistika ilə məşğul olan və kiçik oyunlarla həyatda qalmağa çalışan Göbbelsin ən maraqlı xüsusiyyəti onun “ari irqi” ideyasına dərindən bağlı olması idi. Bunun niyə maraqlı olduğunu izah edək.


Neo-nasistlərin əsl ari irqinin nümayəndəsi kimi şəkildəki müğənni Teylor Svift tipində insanları gördüklərini nəzərə alsaq, Göbbelsin ari irqindən olma ehtimalı kifayət qədər aşağı idi.


Əvvəla, o, sarışın deyildi. Həm də axsaq idi, gözünün rəngi qəhvəyi idi. Bugünkü standartlara görə də olduqca qısa idi. Boyu təxminən 1,60 metr idi. Bütün bu xüsusiyyətləri onu tənqid etmək üçün deyil, inandığı ideologiyaya zidd olduğu üçün qeyd edirik. Bəlkə də elə buna görədir ki, onun nasizmi dəstəkləyən ədəbi yazıları demək olar ki, yox dərəcəsindədir. Yaxşı natiqlik qabilliyəti olduğuna görə, bu bacarığından istifadə sayəsində nasizm təbliğatı aparırdı. 

 

Bu dil ədəbiyyat üçün qeyri-adekvat olsa da, siyasət üçün faydalı sayılırdı. Təəssüf ki, işə də yaramışdı. 


Ədəbiyyata gələndə həm oxumağa, həm də yazmağa həvəsi olan, hər cür şiddətdən qorxan universitet məzunu Göbbels savadlı insanlara nifrət edən, zorakılığı dəstəkləyən nasist ideologiyasına tabe olmağa qərar verdi. Partiyaya daxil olandan sonra özü kimi olan hər kəsə nifrət etməyə başladı.

 

Onun sonrakı hədəfi Hitlerin rəğbətini qazanmaq idi. Kumiri ilə 1926-cı ildə tanış olan Göbbels bir neçə saatlıq söhbətdən sonra Hitlerin vazkeçilməzinə çevrilib.


Hitler Göbbelsin nasist partiyası üçün nə edə biləcəyindən xəbərdar idi. Buna görə də onu irəli çəkib və Berlin nasist quruluşuna rəhbərlik etməyi təklif etdi.


Nasist təbliğat bölməsinin rəhbəri olan Göbbels Berlində ətrafa qorxu yayırdı. O, burada zorakılığın ən yaxşı dostu olduğunu öyrənmişdi.


Küçədəki çıxışlarında işlətdiyi təmtəraqlı cümlələrin siyasətdə yerinin olduğunu da göstərdi. O dərəcə nüfuz qazandı ki, adı Nasist partiyasında Hitlerdən sonra çəkilməyə başladı. 

 

İrqçilik, mühacirlərə düşmənçilik, ziyalılara nifrət... Nə axtarırdınızsa, Göbbelsin təbliğatında var idi. Ədəbiyyata olan istedadı sayəsində insanlar onu saatlarla dinləyir, yazdığı təbliğat mətnləri kütləni özünə cəlb edirdi. Bu illər başa çatdıqdan sonra partiya idarəçiliyində öz yerini aldı və ona bütün təbliğat işlərini idarə etmək səlahiyyəti verildi.


Təbliğat getdikcə aqressivləşirdi və siyasətdə Göbbels təsiri yaranırdı: “Bir millət, bir dövlət, bir lider, böyük Almaniya!”.


1933-cü ildə Hitler baş nazir olduqdan sonra Təbliğat Naziri vəzifəsində çalışdı və bu təbliğat materialları üçün bütün mədəni elementlərdən istifadə edilməsi təşəbbüsü ilə çıxış etdi. Radiostansiyalar təbliğat aparır, sənət ocaqlarının hər guşəsi Göbbelsin təxribat xarakterli mesajları ilə dolu idi.

 

Hakimiyyət ehtirası artdıqca, təbliğatda yalanlar çoxaldı və heç vaxt baş verməmiş hadisələr insanları ruhlandırmaq üçün tirajlanmağa başladı. 
O, mədəni bir diktator kimi xalqı cahil saxlamaq üçün əlindən gələni edirdi, hətta bunu etiraf da edirdi.

 

 

Mədəniyyətlə bağlı hər şey nazirliyin nəzarətinə keçdikcə, təzyiqlər artdıqca ziyalılar ölkədən qaçmağa başladılar. Almaniyada böyük beyin axını yarandı. Bütün bu hadisələrin arxasında ölkənin ən çox satılan yayım orqanlarının və ən əsası radiolara nəzarətin nasistlərin əlinə keçməsi ilə Almaniya və Avropa fəlakətin astanasına gəldi.

 

Göbbels tez-tez radionun güc üçün əhəmiyyətindən danışırdı. Hökumətin zəmanəti radioda manipulyasiya xarakterli verilişlər idi.

 

Almaniyanı fəlakətə sürükləyən qərarlarla yanaşı, Göbbelsin bəyənmədiyi kitablar, sənət əsərləri və mahnılar yoxa çıxır, nasistləri tərifləyən sənətçilərə xüsusi büdcə ayrılırdı. Təbliğat üçün ağlasığmaz ödənişlər edilir və əhəmiyyətli sənət əsərləri çıxarılırdı.

 

Bütün bu əsərlərin hamı tərəfindən qəbul edilməsi üçün radiolar ucuzlaşdırılır, kinoteatrlar hətta kiçik kəndlərə də getdi, sərgilər keçirilirdi...

 

Göbbels nasizmi yaymaq üçün hər şeyi etdi və təəssüf ki, uğur qazandı.


Mədəniyyət və incəsənətə siyasi məqsədli müdaxilələrin vurduğu zərərlər yüzlərlə acı təcrübə ilə tarixə yazıldı.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qazaxın azad edilən 4 kəndində bərpa işlərinə başlanılacaq

Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəzərdə tutulan proqram Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən və Azərbaycana yeni qaytarılan 4 kəndində...

Həmişə bu ölkələrlə həmrəy olmuşuq - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə deyilir:   &...

Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ord...

Faciəvi şəkildə həlak olan hərbçimizin FOTOSU

Bu gün faciəli şəkildə həlak olan hərbçi Elvin Daşdəmir oğlu Eyvazov Xaçmaz rayonunun, Köhnə Xudat kəndinin sakinidir.   Sfera.az xəbər verir ki, o, ...

Bakıda yaşayış evi yanaraq külə döndü

Bakının Sabunçu rayonunda evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.   Məlumata görə, yanğın...

Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı açıqlama

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.   Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı ...