Dünyada ən çox bu brauzerdən istifadə edilir - 66 faiz

Dünyada ən çox bu brauzerdən istifadə edilir - 66 faiz

“StarCounter” analitik agentliyi 2024-cü ilin martında fərdi kompüterlərdə istifadə edilən ən populyar brauzerlərin adını açıqlayıb. 


Sfera.az xəbər verir ki, “Chrome” brauzeri rəqiblərini böyük fərqlə qabaqlayaraq ilk sıradakı yerini möhkənləndirib. İnternetdən istifadə edənlərin 66 faizə yaxını “Chrome"a üstünlük verir. 


İkinci yeri məhsulunu təkmilləşdirməkdə davam edən “Microsoft”un məhsulu olan “Edge” tutub. Bu brauzerə müraciət edənlər 13 faizdir. 


İlk üçlüyü isə “Apple”nin “Safari” brauzeri qapayır. “Safari”dən istifadəçilərin cəmi 9 faizi bəhrələnib. 


Vasif


OXŞAR XƏBƏRLƏR