Şəhərdə həyəcan siqnalı verildi, amma... - 1 aprel Gülüş gününün TARİXÇƏSİ

Şəhərdə həyəcan siqnalı verildi, amma... - 1 aprel Gülüş gününün TARİXÇƏSİ

Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur.

 

Sfera.az bildirir ki, bu tarixlə bağlı müxtəlif versiyalar mövcuddur. Bunlardan biri Roma ilə əlaqəlidir.

 

Belə ki, təxminən 2000 il əvvəl məhz burada gülüş gününə oxşar bayramlar təşkil edilir və bunu “axmaqlar günü” adlandırırdılar. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafat etməsindən başlayıb. O, gülüşün dövlətə imperatorun özündən çox fayda verə biləcəyini deyib. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin gündən etibarən ölkənin hər yerində insanlar gülüb və müxtəlif zarafatlar etməyə başlayıb.

 

Bu günün tarixi ilə bağlı digər versiyalardan biri əslində bir qədər faciəvi olub.

 

Belə ki, 15-ci əsrin sonları xaçlılar İspaniyada Əndəlüs müsəlmanlarının sonuncu qalası Qranadanı mühasirəyə alır. Qışın erkən gəlməsi səbəbilə mühasirə günü-gündən uzanır. Mühasirənin uzanacağını və müsəlmanların təslim olmadığını görən xaçlı ordularının komandanı martın 31-i qalanın qarşısına gələrək bir əlində xristianlığın müqqədəs kitabı İncil, digər əlində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi havaya qaldırır və qaladakıların bu gün təslim olacaqları təqdirdə mal-mülk və canlarına zərər verilməyəcəklərini söyləyir. Müsəlmanlar komandanın vədinə güvənib, qalanı xaçlılara təslim edib. Səhəri gün, yəni aprelin 1-i xaçlı komandanı bütün ordusuna müsəlmanları öldürməyi, mallarını müsadirə etmələrini əmr edib. Onun bu qərarından heyrətə gələn müsəlmanlar andını yada salsa da, komandan "mən o andı dünən üçün vermişdim, bu gün keçərli deyil" deyib.

 

Bir çox müsəlman bu səbədən bu günü “yumor günü” olaraq deyil, “əndəlüslü müsəlmanların soyqrımı günü” kimi qeyd edir.

 

Digər versiya bir Pasxa ilə əlaqədardır. Məlumata görə, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə “aprel axmaqları” adlandırırdılar.

 

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-i səhər Peterburqda yanğın təhlükəsi ilə bağlı həyəcan siqnalı işə salınıb. Hamının yerindən dik atılıb, amma bunun zarafat olduğunu bildirilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...