Anidən "tok" vurmağın SƏBƏBLƏRİ - Həmin anda...

Anidən

Gündəlik həyatımızda qapı dəstəyinə toxunduqda, salamlaşdıqda "tok" vurma halları ilə rastlaşırıq. Bu "tok" vurma halı statik elektrik adlanır. Elektrik vurma vəziyyəti insan orqanizminin anidən elektrikə məruz qalmasından qaynaqlanır. Bu hal artıq elektrik yığılmasının bədəndən xaric olmasıdır.

 

Aparılan elmi araşdırmalara görə, elektronik cihazlar, yüksək gərginlikli xətlər, zərərli elektromanit dalğa yayan cihazlar insan orqanizmində elektriklənməyə səbəb olur. Telefon, tablet və televizor kimi elektron cihazlarla daha çox vaxt keçirən insanlarda elektriklənmə müşahidə edilir. İnsan orqanizminin artıq statik elektrikə məruz qalması həyat keyfiyyətinə mənfi təsir göstərir.

 

Statik elektrik fiziki və ruhi yorğunluq yaradır, əzələ ağrılarına səbəb olur.

 

Həmçinin statik elektrik dərinin tez qocalmasına və psixoloji problemlərin yaranmasına səbəb olur. Duş qəbul etmək bədəndəki statik elektrikdən xilas olmağın ən asan və təsirli üsullarıdan biridir. Torpaqda ayaqyalın yerimək də insan orqanizmində olan elektriklənmənin qarşısını alır. Elektron cihazlarla keçirilən vaxtın müddəti də azaldılmalıdır. Bu zaman elektriklənmənin qarşısını almaq mümkün olacaq.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR