14-cü əsrdən bəri dünyanın ən zəngin adamı titulunu qoruyan Mali kralı

14-cü əsrdən bəri dünyanın ən zəngin adamı titulunu qoruyan Mali kralı

Hazırda dünyanın ən varlı adamı Ceff Bezos olsa da, o, bütün zamanların ən varlı adamı sayılmır.


Sfera.az bildirir ki, “Bloomberg”in Milyarderlər İndeksinə görə, 2018-ci ildən “Amazon”un qurucusu və baş direktoru Ceff Bezos dünyanın ən varlı adamı olub. 150 milyard dolları keçən sərvəti ilə o, 1999-cu ildə sərvəti 100 milyard dollardan bir qədər çox olan “Microsoft”un həmtəsisçisi Bill Geytsi də qabaqlayır. Amma tarix boyu ondan daha zəngin insanlar olub.

 

Bəs, dünyanın ən zəngin insanı kimdir?


400 milyard dollarlıq sərvətlə Mali İmperiyasının kralı I Mansa Musa bütün zamanlarda dünyanın ən zəngin adamıdır. 1280-ci ildə anadan olan Mali İmperiyasının kralı Mansa Musa sərvətinin böyük hissəsini o dövrdə dünyanın duz və qızıl ehtiyacının yarıdan çoxunu istehsal edib ticarət etməklə qazanırdı.
Qəribədir ki, ona verilən titullarda var-dövləti qeyd olunmayıb.

 

"Melle əmiri", "Vanqara mədənlərinin ağası" və "Qanatanın fateh" onun əsas titullarındandır. 

 

David C. Conradın “Orta əsr Qərbi Afrika İmperiyaları: Qana, Mali və Sonqay” əsərinə görə, Musa imperiyanı idarə edərkən 24 şəhəri və ətraf bölgələri fəth emiş və sərvətini bütün istiqamətlərə paylamışdı. Üstəlik, o dövrdə dünyanın ən böyük qızıl istehsalçısı və distribyutoru idi. Qızıl o dövrdə ən çox axtarılan və arzulanan əşya idi. Bu, həm də statusun və zənginliyin mühüm göstəricisi idi.


Mali imperatoru Mansa Musa 1324-cü ildə Məkkəyə həcc ziyarətinə gedir.


Həmin vaxt ətrafında 60 minə yaxın insan və külli miqdarda qızıl olduğu məlumdur. Onun 60 min nəfərlik karvanında min köməkçi, 100 qızıl daşıyan dəvə, çoxlu musiqiçi və 500-dən çox qızıl daşıyan qul olduğu deyilir. Getdiyi şəhərlərə qızıl yağdırdığı, əsasən də bu qızılları yoxsullara payladığı güman edilir. Onun hər cümə günü yeni məscid tikdirdiyi də məlumdur. O, var-dövlətini xüsusilə Qahirə və Mədinədə xərcləyib. Burada qəfil pul axını gündəlik əşyaların qiymətinin qalxmasına səbəb olub.

 

Bütün regionda hiperinflyasiya dalğasına səbəb olduğu zaman, Qahirənin qızılını yüksək faizlə almaqla maliyyə yumşaltma proqramını həyata keçirib.


Mansa Musa bir nəfərlik makroiqtisadi dövr olmuşdur. AJH Goodwinə görə, başqa heç kimin Şərqi Aralıq dənizi iqtisadiyyatına şəxsən təsiri olmayıb. Onun aktivlərinin, eləcə də mirasının inanılmaz dəyərə malik olduğu təxmin edilir. Tarixçilər və iqtisadçılar rəqəmi yuvarlaqlaşdıraraq Mansa Musanın sərvətinin 400 milyard dollar civarında olduğunu bildiriblər.

 

O, təhsilə böyük əhəmiyyət verirdi.

 

Mansa Musa həcc ziyarəti zamanı rastlaşdığı ən ağıllı insanları özü ilə aparıb. Özü ilə apardığı müəllimləri və alimləri Maliyə gətirib. O, öz xalqına təhsil verməyi qarşısına məqsəd qoymuşdu. Bu ona dövlət xadimi kimi yüksək hörmət qazandırıb. Sonrakı bir çox səyahətçilər onun hakimiyyəti dövründə Malinin sülh və elm mərkəzi olduğunu sənədləşdirmişdilər.


O, imperiyaya mədəniyyət gətirmişdi.

 

Mansa Musa, bu gün də Malidə yerkəşın Djinqereber məscidini tikmək üçün Həcc ziyarəti zamanı Əndəlüs və Qahirənin ən istedadlı memarlarını işə cəlb edib. Bu məscid Timbuktunun müsəlmanlar üçün mühüm ibadət yerinə çevrilməsinə kömək etdi. Şəhər dünyanın ən mühüm ticarət, dini və təhsil mərkəzlərindən birinə çevrilib.

 

Mansa Musanın həcc ziyarətindən sonra Mali ilk dəfə olaraq Avropa dünyasının xəritələrində görünməyə başladı. İspaniyadan Almaniyaya qədər bu, Qərbi və Sub-Sahara Afrikasının qəbulu üçün vacib bir tərəqqi sayılır.


Əfsanəvi hökmdar varlıların ən zəngini idi və bugünkü nəsil onu unutsa da, tarix onu Qao və Timbuktuda tikdirdiyi və hələ də ayaqda duran çoxlu abidələri, məscidləri və mədrəsələri ilə xatırlayır.


Əfsanəvi hökmdar varlıların ən zəngini idi. Bugünkü nəsil unutsa da, tarix onu Qao və Timbuktuda tikdirdiyi və hələ də ayaqda duran çoxlu abidələri, məscidləri və mədrəsələri ilə xatırlayır.

 

Bundan əlavə, onun inşa etdiyi Sankore Universiteti bu gün 25 mindən çox tələbəsi olan tam kadrlarla təchiz edilmiş bir universitetdir və təxminən bir milyon tarixi əlyazması olan dünyanın ən böyük kitabxanalarından birinə malikdir. 1331-ci ildə I Mansa Musanın ölümündən sonra onun varisləri sərvətini qoruya bilməmiş, bu sərvətin böyük hissəsi vətəndaş müharibəsi və işğal orduları səbəbindən əhəmiyyətli dərəcədə tükənib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR