Elmdə möcüzə - Beyninə çip qoyulan şəxsin FİKİRLƏRİ OXUNDU

Elmdə möcüzə - Beyninə çip qoyulan şəxsin FİKİRLƏRİ OXUNDU

ABŞ-də ilk dəfə olaraq beyninə çip yerləşdirilən şəxsin düşüncələri uzun müddət oxunub. 


Sfera.az “Wall Street Journal”-a (WSJ) istinadən xəbər verir ki, alimlər xəstənin fikirlərini 25 dəqiqə dinləyə biliblər. 


ABŞ-də parkinson xəstəliyindən əziyyət çəkən bir şəxsə çip quraşdırılıb. İmplantdakı çiplər beyindən göndərilən siqnalları toplayaraq simsiz əlaqə vasitəsilə süni intellekt dəstəkli proqrama göndəriblər. 

 

Araşdırma zamanı xəstənin əlləri ilə etmək istədiyi hərəkətlər əldə edilən siqnallar əsasında monitorda əks olunub. Xəstənin hərəkətlərlə bağlı düşüncəsi real vaxt rejimində qurğu vasitəsilə oxunub. 
 


Mütəxəsislər əmindir ki, bu texnologiya hərəkət qabiliyyətini itirən insanlara kömək edilməsinə böyük dəstək olacaq. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR