Aralarında bir nəfərin yaşadığı ada da var - Dünyanın ən tənha yerləri

Aralarında bir nəfərin yaşadığı ada da var - Dünyanın ən tənha yerləri

Nə vaxtsa izdihamdan, nəqliyyatdan və ətrafdakı insanlardan bezib, cansıxıcı hiss etmisinizmi? Əminik ki, hər kəs həyatında ən az bir dəfə bunlardan bir az bezib.
 

Sfera.az bu yazıda dünyanın ən boş yerləri hesab olunan bəzi yerləri sizə təqdim edir. Təbii ki, onlar tamamilə boş deyil, lakin çox az adamın yaşadığı bu maraqlı yerlər sizə də maraqlı gələ bilər.
 

1. Oymyakon



Rusiyanın bu şəhəri dünyanın ən soyuq yaşayış məntəqələrindən biridir. Orta temperaturun -58 dərəcəyə çatdığı bu qəsəbədə 500 nəfər yaşayır. Bu şəhərə çatmaq üçün bir neçə gün davam edən səyahət riskini gözə almalısan.


2.Ittoqqortoormiit
 

Dünyanın ən səhra yerlərindən biri olan İttoqqortoormiit Qrenlandiyanın ucqar bir hissəsində yerləşir. Təxminən 345 əhalisi olan bu qəsəbəyə çatmaq üçün helikopterlə gəlmək lazımdır.
 

3. Tristan da Cunha




Tristan da Cunha yaşayış məntəqəsi kimi istifadə edilən qurudan ən uzaq adadır. Böyük Britaniyaya aid aktiv vulkanik ada olan Tristan da Cunhanın əhalisi təxminən 275 nəfərdir. Oraya çatmaq üçün 2787 kilometr yol qət etmək lazımdır.


4. Villa Las Estrellas




Antarktidadakı bu kiçik şəhər əslində Çilidə bir qəsəbədir. Əsasən alimlərin yaşadığı bu məkanın əhalisi yay aylarında 150 nəfərə, qış aylarında isə 80 nəfərə yaxındır.


5. Palmerston adası




Kuk adalarının bir hissəsi olan Palmerston, ümumi əhalisi 57 nəfər olan dünyanın kimsəsiz yaşayış məntəqələrindən biridir. Sakit okeanın ortasındakı bu kiçik adada cəmi iki telefon var. İnternetə çıxış dörd saatla məhdudlaşır.


6. Pitkern adaları




Sakit Okeanın cənubunda yerləşən bu adanın əhalisi təxminən 50 nəfərdir. İllər keçdikcə əhali artsa da, qalmağa yer tapa bilməyən və ya qalmaq istəməyən insanlar adanı tərk edirlər. Canlıların çox az olmasına baxmayaraq, hər il adaya təxminən 1000 turist gəlir.


7. Qasadalur


Farer adalarında boş ərazidə yerləşən kiçik bir kənd olan Qasadalurda cəmi-cümü 11 nəfər yaşayır. Yaxınlıqdakı kəndlərə getmək üçün dağlardan keçmək lazımdır.


8. Sable adası

Kanadaya bağlı olan bu uzun adanın dünyanın ən boş yeri olduğunu demək olar. Orada cəmi 1 nəfər yaşayır. 1971-ci ildə adaya səfər edən təbiətşünas Zoe Lukas buradan o qədər təsirlənib ki, qalmağa qərar verib. O vaxtdan bəri orada qalan Lukasın ehtiyacları həftədə bir dəfə təyyarə ilə adaya gətirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...