“Apple”dan “iPhone” 15-lə bağlı AÇIQLAMA: "Səhv etmişik, əslində..."

“Apple”dan “iPhone” 15-lə bağlı AÇIQLAMA:

“Apple” şirkəti “iPhone” 15 modeli ilə bağlı qənaətinin səhv olduğunu açıqlayıb. 


Sfera.az xəbər verir ki, bu modeldən olan telefonlar ilk dəfə satışa çıxanda şirkət batareyaların gücünün 500 dəfə enerji yükləməsindən sonra 80 faizə düşəcəyini açıqlamışdı. Amma şirkət tərəfindən aparılan bir neçə aylıq araşdırmadan sonra 20 faiz güc itkisinin 500 dəfədən yox, 1000 dəfə enerji yükləməsindən sonra baş verdiyini müəyyənləşdirib. 


Şirkət bildirib ki, akkumlyatorların gücünün qorunması, proqram təminatının yeniləməsi onların işinin optimallaşdırılması ilə bağlıdır. 


“Apple” araşdırma prosesi ilə bağlı təfərrüatları açıqlamayıb. Şirkət bu nəticənin daha əvvəlki modellərə aid olub-olmaması ilə bağlı suala isə aydınlıq gətirməyib.
Şirkət tövsiyə edir ki, batareya tutumunun səviyyəsi 80% -dən aşağı düşdükdə, onu dəyişdirmək lazımdır. Əgər batareyanın gücü 70%-dən azdırsa, o halda onu yeniləmək labüddür.


Təcrübə göstərir ki, smartfonların batareyasının gücü istifadəsinin üçüncü ilində 80%-ə enir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Üstünə dəmir hasar aşan azyaşlının vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Dəmir hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzdə həyata qaytarılıb. Sfera.az xəbər verir ki, bu barədə Kl...

Prezident Dağıstanın rəhbərinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb. &nb...

"Tramp prezident seçilsə, ikinci variantı seçəcək, bu da Ukrayna üçün..." - AÇIQLAMA

“Prezident seçkilərində qalib gələndən az sonra, Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyəm”.    Sfera.az xəbə...

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.   "Report" xəbər verir ki, məktu...

"Təcrübəçilər alyansı yaradılsın" - Alixan Baimenovdan TƏKLİF

"Texnologiyanın inkişafı çoxsaylı imkanlar açır".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən “Dövlət qulluğunda səriştə əsaslı ...

"4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib" - Kamran Əliyev

“Ekoloji hüquqpozmalarla bağlı 4 il ərzində 4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.   Sfera.az bildirir ki, bunu B...