Sevgililər günündə hədiyyə almamaq boşanma səbəbi sayılacaq – Vəkil AÇIQLADI
13:40 / 13.02.2024
8739
Türkiyədə Sevgililər günündə yoldaşına hədiyyə almamaq boşanma üçün əsas sayılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış vəkili Erkan Yalçın məlumat verib.
“Ali Məhkəmənin qərarı ilə Sevgililər günü və evlilik ildönümü kimi xüsusi günlərdə hədiyyə almamaq və həyat yoldaşını tək buraxmaq boşanma üçün əsas predmetlərdən sayılır".
Vəkil bildirib ki, Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyasının çıxardığı qərara əsasən, Sevgililər günü, evlilik ildönümləri, ad günləri kimi xüsusi günlərin xatırlanmaması boşanma məhkəmələrində əsas götürülür.
Asya