Çin Yeni ili yaxınlaşır - Nə vaxtdı və hansı ənənələr mövcuddur?

Çin Yeni ili yaxınlaşır - Nə vaxtdı və hansı ənənələr mövcuddur?

Çin Yeni ili 2024-cü il fevralın 10-da başlayacaq.


Sfera.az bildirir ki, Xoşbəxt Bahar (春节) kimi də tanınan bu bayram Çin təqvimində ən mühüm bayramdır və 15 gün qeyd olunur. Şərq xalqları Yeni ili bizdən bir qədər gec (yanvarın 12-dən fevralın 19-na kimi) qeyd edirlər. İnsanlar onu “nyan” adlandırırlar. “Nyan” - il deməkdir. Qədim əfsanəyə görə, Nian dənizlərin dərinliklərində yaşayan və ildə bir dəfə sudan çıxan buynuzlu canavardır. Çin Yeni ilinin tarixi ay təqvimi ilə müəyyən edilir - qış gündönümündən sonra ikinci yeni ayda qeyd olunur.


Bəs Çin Yeni ilində hansı ənənələr və mərasimlər mövcuddur?


Ev təmizliyi - Yeni il öncəsi köhnədən xilas olmaq və yeni enerjilərə yer açmaq üçün evlər hərtərəfli təmizlənir.



Yemək bişirmə - Bu bayramda ailə birliyini və xoşbəxtliyini simvolizə edən Çin küftəsi (汤圆), kimi xüsusi yeməklər hazırlanır.



Qırmızı bəzəklər -Qırmızı rəngin Çin mədəniyyətində şans gətirdiyinə inanılır. Buna görə də qırmızı bəzəklər, o cümlədən, posterlər və Çin fənərləri evləri və küçələri bəzəmək üçün istifadə olunur.


Bayram Paradları və tədbirləri - Bir çox Çin şəhərlərində əjdahalar və şirlərlə paradlar, atəşfəşanlıq, ənənəvi rəqslər və tamaşalar keçirilir.


Qırmızı zərflər (Yanbao)- Böyüklər uşaqlara hədiyyə olaraq içində pul olan qırmızı zərflər verir. Bu yeni il üçün uğur və firavanlıq rəmzidir.


Məbəd ziyarətləri və dualar - Bir çox insan yeni ildə uğur və firavanlıq üçün dualar etməyə görə məbədləri ziyarət edir.

Rituallar və adət-ənənələr - Çinlilər bu bayramda ailəvi şam yeməyi, mənfi enerjinin təmizlənməsi, həmçinin müxtəlif dini ayinlər üçün rituallar yerinə yetirirlər.

 

Aynil
Sfera.a


OXŞAR XƏBƏRLƏR

Azərbaycan səfiri Matuş Buşovski ilə GÖRÜŞDÜ

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Slovakiyanın bu ölkədəki səfiri Matuş Buşovski ilə görüşdə Ermənistanla şərti sərhəddə qarşı tərəfin törətdiyi in...

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan QALDIRILDI

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.   Sfera.az xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərba...

Hikmət Hacıyev: "Azərbaycan Ermənistandan ərazi iddialarına aydınlıq gətirməsini gözləyir"

Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına aydınl...

"NATO-Rusiya müharibəsi başlaya bilər" - ABŞ-nin müdafiə naziri

“Ukrayna süqut etsə, Rusiya və NATO birbaşa hərbi münaqişəyə girə bilər”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin ...

"Kontakt"da "8 Mart"a özəl xüsusi kampaniya - İNDİ AL, 3 AY SONRA ÖDƏ

“Kontakt” mağazalar şəbəkəsi hamının mart ayında səbrsizliklə gözlədiyi kampaniyaya start verdi. Elə bu gündən martın 10-dək “8 Mart”a ö...

Zelenski Ermənistana SƏFƏR ETMƏYƏCƏK

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq.   Sfera.az xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yay...