Qulaqlıqdan uzun müddət istifadənin TƏHLÜKƏSİ: "Bu yaşda karlıq yaradacaq..."

Qulaqlıqdan uzun müddət istifadənin TƏHLÜKƏSİ:

Günümüzdə qulaqlıqlardan daha çox gənclər istifadə edir. Lakin qulaqlıqlardan aşırı istifadə təhlükəli və ziyanlı vərdişdir.

 

Bəs qulaqlıqlardan istifadənin nə kimi zərərləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan qulaq, burun, boğaz cərrahı, otonevroloq Nigar Muradova bildirib ki, daima qulaqlıqlarla musiqiyə qulaq asan gənclərdə, 4 ildən sonra birinci dərəcəli eşitmə pozulması müşahidə edilir.

 

“40-50 yaşlarda həmin insanlarda eşitmə ciddi şəkildə zəifləyir. Qulaqlar yalnız qısamüddətli uca səslərə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu, mütləq eşitmənin pozulmasına gətirib çıxaracaq və karlıq yaranacaq. İnsanlar arasında eşitmə pozulmasının artımı da müşahidə edilir. Əgər həmin qulaqlıqları eşitmə aparatına dəyişmək istəmirsinizsə, qulaqlıqlardan gün ərzində minimum səviyyədə və aşağı səsdə istifadə etməlisiniz”.

 

Həkim bildirib ki, qulaqlıqlar qulaq iltihabına da səbəb ola bilər.

 

"Kənar insanların qulaqlıqlarını istifadə etmək daha təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikrob yaşayır. Heç bir halda şərikli qulaqlıqlardan istifadə etmək tövsiyə olunmur. Uzun müddət mahnı dinləmək sinir sisteminə də mənfi təsir göstərir. Bu da özlüyündə gərginlik, baş ağrıları və təzyiq yaradır".

 

Asya


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...