Həm gülməlidir, həm ağlamalı - İnanılmaz hadisələr nəticəsində həyatını itirənlər

Həm gülməlidir, həm ağlamalı - İnanılmaz hadisələr nəticəsində həyatını itirənlər

Təəssüf ki, bədbəxt təsadüflərlə tarixə düşənlər də var. Ölüm zarafat deyil, amma bəzən təəccüblənməmək də mümkün deyil. Heç ağcaqanad dişləməsinə görə ölən adam eşitmişdiniz?

Sfera.az bu yazıda inanılmaz hadisələr nəticəsində həyatını itirən insanlardan bəzilərini təqdim edir.

 

1. Şəxsi detektivlər tarixinin qabaqcıllarından olan məşhur detektiv Allan J. Pinkerton bir missiya zamanı yaş yerdə müvazinətini saxlaya bilməyib, sürüşərək yerə yıxılıb.

 


Onun başı yerə dəyməsə də, dilini dişləyib, dişləməsi qanqrenaya çevrilib və ölümünə səbəb olub


2. Bir gün 19-cu əsrin siyasətçisi Corc Herbertin üzünü ağcaqanad dişləyib.

 

O, bunu ciddi qəbul etməyib və təraş zamanı dişləmə yerini də təsadüfən kəsib. Konstriktor infeksiyası adlı xəstəliyə tutulan Herbert ölüb. Təsəvvür edirsinizmi? Sadəcə ağcaqanad dişləməsi…


3. Onlarla müharibə və münaqişələrdən xəbər verən Rumıniya müharibə müxbiri Mile Carpenişan xidməti vəzifəsi zamanı heç bir təhlükə ilə üzləşməsə də...



Vəzifəsi başa çatdıqdan sonra evə qayıdanda bədənində səbəbi bilinməyən iltihab aşkarlayıb. Həkimlərin çarə tapa bilmədiyi bu vəziyyət günü-gündən təsirini artırıb və septik şok nəticəsində dünyasını dəyişib.


4. Orkestrin dirijorlarının istifadə etdiyi dəyənəkləri bilirsiniz. Bizim “dirijor çubuqları” kimi tanıdığımız dəyənəklər əvvəllər kifayət qədər böyük idi.

Fransız bəstəkarı və rəssamı Jan-Batist Lulli sağlığında böyük və ağır olan dəyənəyi yerə atıb və ayağının baş barmağını zədələyib. Bu yaranın qanqrenaya çevrilməsi ilə onun ölümü arasında vaxt isə olduqca qısa olub...


5. 1989-cu ildə Ole Bentzen adlı danimarkalı məşhur A Fish Called Wanda filminə baxarkən gülməkdən ölüb. Bu, zarafat deyil.

 

Belə bir tibbi diaqnoz olmadığından onun yarılması zamanı infarkt keçirdiyi müəyyən edilib.


6. Məşhur spirtli məhsul markasından adı sizə tanış olan Cek Daniel bir dəfə polad seyfin qapısını aça bilməyib.

 

Hamının verəcəyi klassik reaksiya ilə seyfi təpikləyib. Seyf açılmayıb, əvəzində ayağının barmağı qanqren oldu, həkimlər sonda ayağını kəsməli olublar. Amma qanqren onun bütün bədəninə yayılıb və o, az sonra dünyasını dəyişib.


7. Məşhur illüzionist Houdini verilişlərinin birində maraqlı iddia ilə çıxış edib.



Onun iddiası belə idi ki, heç bir yumruq, hətta ən ağır zərbə də ona təsir etməyəcək. O, tamaşaçılardan könüllü istəyib və onu bərk vurmasını istəyib. Şansa baxın: könüllü peşəkar boksçu imiş. Houdini yerindəcə keçinib.


8. Bir müddət internetdə məşhurlaşan bir hekayəni xatırlayaq.

 

Dördüncü mərtəbədəki evindən yıxılan kişi möcüzə nəticəsində yüngül xəsarətlərlə sağ qalıb. Sağaldıqdan sonra ona inanmayan dostlarına necə sağ qaldığını başa salmaq üçün yenidən eyni eyvandan və eyni hündürlükdən tullanmağa çalışıb.

 

Bu dəfə ölür. Burda adam həqiqətən qəhqəhə çəkir…


9. Niaqara şəlaləsinin zirvəsindən silindrli borunun üzərinə tullanan Bobbi Liç bu cəhddə həyatını itirməyib.

 

Tarixə düşən bu hadisədən çox sonra Liçin ayağı portağal qabığına dəyir. O, sürüşərək, yıxılıb ölür.


10. Kanadalı hüquqşünas Garry Hoy işlədiyi ofisin pəncərələrinin davamlılığı ilə öyünərək, bu dayanıqlığı sübut etmək üçün özünü davamlı olaraq şüşəyə çırpırmış. Hətta bunu şouya çeviribmiş.


Bir gün ondan bu tamaşanı təkrarlamağı xahiş ediblər və o, bütün gücü ilə özünü pəncərəyə vurub. Şüşə sınmasa da, bərkidilmə yerindən qopub və Hoyu özü ilə apararaq 24-cü mərtəbədən aşağı atıb...

 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...