Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə
Reenkarnasiyaya nə dərəcədə inanırsınız?
Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı bir hadisə haqqında məlumat verir: Pollok Əkizləri.
11 yaşlı qız Coanna (Joanna) və onun 6 yaşlı bacısı Jaklin (Jacqueline) hadisələrin mərkəzindədir.
1957-ci il mayın 5-də dəhşətli avtomobil qəzasında həyatını itirən bu balaca qızlar arxalarında böyük bir sirr buraxacaqlarından xəbərsiz idilər.
Qızların faciəli ölümlərindən bir il sonra Con və Florens Pollokların əkiz qızları dünyaya gəlir.
Əkizlərdən biri Cenniferin belində Jaklindəki kimi doğum ləkəsi var idi. Alnında Jaklinin qəzadan sonrakı yaralarından birinə bənzəyən doğum ləkəsi də olub.
Əkizlər 3 aylıq olanda ailə başqa evə köçüb.
Qızlar 2 yaşına çatanda mərhum bacılarına məxsus oyuncaqları istəməyə başlayırlar. İlk baxışdan bu normal görünsə də, bu qızlar o oyuncaqları heç görməyiblər. Onlar oyuncaqları alarkən onlara vəfat etmiş bacılarının adını qoyurlar. Bu məlumatı bilmələri qeyri-mümkün idi.
Ailə yenidən köhnə evlərinə köçəndə qızlar 3 aylıq ikən tərk etdikləri bu evdə hər yeri əzbər bilirlər.
Onlar mərhum bacılarının getdiyi məktəbi göstərərək həyətdə oyun oynadıqlarını deyirlər.
Ürpədici hadisələr bunlarla məhdudlaşmır.
Hərəkətdə olan maşını görən qızlar titrəyib, təşvişə düşüblər və “maşın bizi vurmağa gəlir” deyə qorxmağa başlayıblar. Əkizlər 5 yaşına qədər belə davam edir və sonra tamamilə normala qayıdırlar.
Bu əkizlər o zaman o qədər diqqət çəkmişdilər ki, dövrün məşhur psixoloqlarından İan Stevenson ailə ilə əlaqa yaradır.
1918-2007-ci illər arasında yaşamış Stivenson 1987-ci ildə keçmiş həyatlarını xatırlayan bu uşaqlar haqqında kitab yazır. Bu kitab reenkarnasiyanın sübutu hesab olunurdu. 14 fərqli hadisədən bəhs edən bu kitabda Pollok Əkizləri də yer alır.
40 ildir reenkarnasiya ilə bağlı araşdırmalar aparan Stevenson minlərlə fərqli hadisəni təhlil edir.
Bəs, reenkarnasiya həqiqətən mövcuddurmu?
Stevenson bir dəfə hipnoz zamanı bir yetkinin əvvəlki həyatı haqqında danışdığına şahid olur. Hadisə ilə bağlı apardığı araşdırmada aydın olur ki, bu yetkin insanın hipnoz zamanı təsvir etdiyi əvvəlki həyat deyilən şey əslində illər əvvəl oxuduğu tarixi bir kitabın təfərrüatlarıdır.
Ancaq mövzu uşaqlar olduqda, bunu bu şəkildə izah etmək mümkün deyil.
Məsələn, 2 yaşlı uşağın belə xatirələri danışmasını kitab oxumaqla əlaqələndirmək olmaz. Əslində reenkarnasiyanın ən qorxulu nümunəsi olaraq 2 yaşlı Ceyms Leininger adlı körpəni də misal göstərmək olar. O yaşda təyyarə qəzaları ilə bağlı dəhşətli kabuslar görən balaca oğlanın xatirələri sanki keçmiş II Dünya Müharibəsi pilotunun xatirələri idi. Uşağın o dövrün bütün təyyarələri haqqında da məlumatı var idi. Valideynlərinin İkinci Dünya Müharibəsi ilə maraqlanan insanlar olmadığını nəzərə alsaq, bütün bu xatirələrin haradan gəldiyini söyləmək də asan deyil.
Xülasə, Pollok Əkizləri reenkarnasiya tarixindəki ən mübahisəli və məşhur nümunələrdən biridir.
Hadisənin arxasındakı hekayənin əsl sirrini açmaq yəqin ki, heç vaxt mümkün olmayacaq və bu balaca qızların hekayəsi illər boyu müəmmalı şəkildə danışılmağa davam edəcək.
Xanım
Sfera.az