Türkiyənin Dünya Müharibəsinə qoşulmağına mane olan casus - İlyas Bazna

Türkiyənin Dünya Müharibəsinə qoşulmağına mane olan casus - İlyas Bazna

İkinci Dünya Müharibəsi illərində Ankaradakı səfirliklərdə mühafizə işləyən “Cicero” kod adlı İlyas Bazna müharibənin taleyini dəyişdirə biləcək məlumatlar əldə etmiş və bu məlumatları almanlara satmışdı. Əldə etdiyi məlumatlara baxmayaraq, uğursuzluqlar onu heç vaxt tərk etmədi. Xəyal etdiyi həyat və arzuladığı külli miqdarda pula nail olduğunu düşünən Bazna böyük bir sarsıntı ilə üzləşdi.


“Həyatımı yazsam, roman olar” deyən Bazna həyatını qələmə aldı və roman oldu.

 

Sfera.az ən əhatəli casusluq fəaliyyəti və İkinci Dünya Müharibəsi qəhrəmanı İlyas Bazna haqqında yazı təqdim edir.


1904-cü ildə Priştinada anadan olan İlyas Bazna 1918-ci ildə Serblərin Priştinanı işğalından sonra valideynləri ilə birlikdə İstanbula köçüb.
Hərbi xidmətinin bir hissəsini Atatürklə birlikdə Çankaya Köşkündə keçirən Bazna tərxis olunduqdan sonra biznesə girsə də, uğur qazana bilməyib.
İkinci Dünya Müharibəsi illərində Yuqoslaviya Krallığının Ankaradakı səfirinin mühafizəsi, sonra isə Almaniya səfirliyinin müşaviri vəzifələrində çalışıb.


Almaniya səfirliyində işləyərkən o, müşavirin məktublarını oxuyarkən tutulub və bu, işdən çıxarılması ilə nəticələnib.


1943-cü ilin sentyabrında o, İngiltərənin Ankaradakı səfiri Hugge Knatchbull-Hugessenin xidmətçisi kimi işləmək üçün İngiltərə səfirliyinə daxil olur.
Gözəl səsi və operaya olan həvəsi sayəsində tez bir zamanda səfirə yaxınlaşan Bazna səfirliyin hamamında səfirin kürəyini sığallayarkən ona opera ariyaları oxuyacaq qədər yaxınlaşıb.


İngilis səfirinin və kəşfiyyat işçilərinin dediyinə görə, Bazna ingilis dilini bilməyən axmaq, sadəlövh və özbaşına bir qulluqçu idi.
Bazna isə atasının ölümündə gizlicə ingilisləri günahlandırır və pul hərisliyindən əziyyət çəkirdi. Bu düşüncələr altında ingilislərin mühüm məlumat və sənədlərini almanlara satmaq qərarına gəlib. Beynindəki planı həyata keçirmək üçün 26 oktyabr 1943-cü ildə Alman kəşfiyyatının önəmli adamlarından biri olan Lüdviq Moyzişlə əlaqə saxlayıb. Hər sənədə görə 20.000 funt sterlinq veriləcəyi təqdirdə, casusluq etməyi təklif etdi. 29 oktyabr 1943-cü ildə casusluq fəaliyyəti üçün təsdiq gəldi.


Bazna indi diqqətini işinə yönəldə bilərdi. Duş qəbul edərkən belə seyf açarı boynunda gəzdirən Britaniya səfirindən açarın surətini almaq çətin olardı.


Amma almanlar bu problemi xüsusi texnika ilə həll etdilər. Duş qəbul edərkən səfirin kürəyini ovuşduran Bazna arı mumundan hazırlanmış xüsusi mum sayəsində seyf açarının ölçüsünü mumla köçürə bilib. Səfir hər dəfə duş qəbul edəndə seyfdəki sənədlərin şəklini çəkməyə başlayıb.


Almaniya səfiri Frans Von Papen ilə Bazna arasında ilk alış-veriş söhbəti səfirlik binasının bağçasında olub.


İlk görüş olsa da, Papen və Bazna üçün çox məhsuldar oldu.Bazna 20.000 funt qazandı, Papen isə tamamilə möhtəşəm sənədlər əldə etdi.
Türkiyə üzərindən Sovet İttifaqına göndərilən hərbi yardım, İngiltərənin Türkiyə ərazisindən istifadə edərək Egeydə hərbi əməliyyatları…


İngiltərənin Türkiyənin öz tərəfində müharibəyə qoşulması üçün göstərdiyi bütün təzyiqlər Almaniya səfirinin əlində idi.
Lakin bu məlumat belə almanları etibarsız şəxsiyyətə malik Baznaya tam etibar etməyə razı sala bilmədi.


Fotoda görünən nasist Almaniyasının xarici işlər naziri Ribbentrop, Baznanın ikiqat vəzifə yerinə yetirən bir İngilis agenti olduğunu düşünüb. Normandiya desant planı da daxil olmaqla bir çox sənədləri çatdıran Bazna Hitlerin etibarını qazana bilməyib. 1943-cü ildə Bazna tərəfindən verilən məlumatlarla dolu konfrans zalında çıxış edən Hitler:



"Müttəfiq qüvvələr qərbdən deyil, Balkanlardan və ya Norveçdən hücum edəcək" - deyib.



İş o yerə çatıb ki, 1944-cü ilin yanvarında Sofiyanın müttəfiq qüvvələr tərəfindən bombalanacağını söyləyən Baznaya inanmayan almanlar böyük məğlubiyyətə uğrayaraq ciddi itkilər verirlər.


Əgər Baznanın sözləri ciddi qəbul edilsəydi, Almaniya bu qədər böyük itkilərə məruz qalmaz və hətta müttəfiq qüvvələri dəf etmək şansı da əldə edə bilərdi. Bazna indi etibarlı alman agenti idi.



İkinci Dünya Müharibəsi zamanı Baş nazir İsmət İnönü və Xarici İşlər Naziri Menemencioğlunun siyasəti müharibədə iştirak etməmək idi.
 



Lakin müttəfiq qüvvələrlə yanaşı Almaniya da Türkiyəyə onun tərəfində müharibəyə qoşulması üçün təzyiq göstərirdi. Baznanın verdiyi məlumata görə, Türkiyə müttəfiq qüvvələrə yardım edirdi. Bu sənədlərdə Türkiyənin müttəfiq qüvvələrin tərəfində müharibəyə qoşulması üçün keçirilən Qahirə və Tehran konfransının məzmunu və nəticələri öz əksini tapmışdı. Müttəfiq qüvvələrin Türkiyəyə etdiyi təzyiqlər, ingilis əsgərlərinin Egeydə həyata keçirdiyi əməliyyatlar, Türkiyə üzərindən sovetlərə çatdırılan silahlar, indi etibarlı agent olan Bazna tərəfindən çatdırıldığı üçün tamamilə real idi.



Təhvil verilən sənədlərin həqiqiliyinə zərrə qədər də şübhə etməyən almanlar Türkiyəyə sərt nota verərək qəzəblərini ifadə etdilər.


Bu qeyd müttəfiq qüvvələrdə dərin sükuta səbəb oldu. ABŞ, Sovet və hətta Britaniya kəşfiyyatı Britaniya səfirliyində sızma olduğunu düşünürdü.
Çevrənin getdikcə daraldığını düşünən Bazna, Almaniya səfirliyində katib işləyən Lena Kappın Amerika agenti olduğu ortaya çıxanda daha da əsəbiləşir.


Kapp Almaniya səfirliyində Ciceron (Siseron) kimi tanınan Bazna haqqında bunları deyib:



“Britaniya səfirliyində Ciceron adlı bir şəxs var, o, səfirliyimizə zəng vuran kimi böyük fəaliyyət başlayır və aşağı səviyyəli insanlar otaqdan çıxarılır”.


Özü üçün gözlənilən böyük təhlükəni anlayan və almanlar tərəfindən xəbərdarlıq edilən Ciceron (Bazna) casusluq fəaliyyətindən qazandığı 300.000 funt-sterlinq sərvəti ilə Argentinaya qaçır.


Siseronun qaçdıqdan sonra İlyas Bazna olduğunu anlayan ingilislər böyük şok yaşadılar. Əslində İngiltərə səfiri Hugesson “O, casus ola bilməz, birincisi, çox axmaqdır, ikincisi, ingiliscə bir kəlmə belə bilmir” deyərək Baznanı müdafiə edib.


Argentinadakı böyük sərvəti ilə dəbdəbəli bir həyat yaşayacağını düşünən Siseron burada böyük bir xəyal qırıqlığı ilə üzləşib. Almanların ona ödədiyi 300.000 funt-sterlinqin hamısı saxta olub.


Sən demə, almanlar Baznaya etdiklərinin qarşılığında Britaniya iqtisadiyyatını çökdürmək üçün müharibə boyu çap etdikləri saxta funtları veriblər.
Saxta sterlinqlərə görə ölümlə üz-üzə qalan Bazna müharibədən sonra Almaniyanı məhkəməyə verib və az miqdarda təzminat ala bilib.


Aldığı təzminat, etdiyi işlərə görə “peçenye pulu” kimi təsvir edilə bilər. Çox istədiyi və uğrunda ölümü riskə atdığı pulu isə “Mən Siseronam” adı ilə yazdığı kitabdan qazana bilib.


Xatirələrini yazdığı “Mən Siseronam” kitabı əsasında 1951-ci ildə Joseph L. Mankiewiczin “5 Barmaq” adlı filmi çəkilmişdir. “5 Barmaq” filminin demək olar ki, hamısı Ankara və İstanbulda çəkilib. Təbii ki, bunun böyük bir hissəsi Ankarada baş verib.


Qazandığı pula baxmayaraq hələ də dolana bilməyən Bazna 1970-ci ilin dekabrında gecə gözətçisi işlədiyi Münhendə yoxsulluq içində vəfat edib.


Məşhur alman agenti və hətta bir müddət almanlar tərəfindən ikiqat İngilis agenti kimi görünən İlyas Bazna cəmiyyətin müəyyən təbəqəsi tərəfindən türk casusu kimi də görünürdü.


Ortaya çıxan Sovet, ABŞ və İngiltərə kəşfiyyat sənədlərinə görə, İlyas Baznanın almanlara çatdırdığı sənədlər Türkiyənin müharibəyə cəlb olunmasının qarşısını alırdı. Bu baxımdan almanlara xidmət edən İlyas Bazna əslində İkinci Dünya Müharibəsi zamanı Türkiyənin müharibədən kənarda qalma siyasətini də dəstəkləyirdi. MİT-in Milli Xidmət Rəhbərliyi nəşrində də Baznanın əslində türk agenti olması ilə bağlı ifadələr yer alıb və bu, bəlkə də ən qəribə casusluq fəaliyyəti ilə bağlı çaşqınlığa səbəb olub.


Hər şeyə görə İlyas Baznana təşəkkür düşür.


Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR