Bu, depressiyaya düşmə riskinizi iki dəfədən çox artırır - ARAŞDIRMA

Bu, depressiyaya düşmə riskinizi iki dəfədən çox artırır - ARAŞDIRMA

"Ardıcıl olaraq beş saat və ya daha az yatmaq depressiyaya düşmə riskinizi iki dəfədən çox artırır". 

 

Sfera.az "The Telegraph"a istinadən xəbər verir ki, bunu yeni araşdırma sübut edib.

 

Orta yaş həddi 65 olan 7000-dən çox britaniyalı üzərində aparılan araşdırmaların təhlilləri müəyyən edib ki, ardıcıl olaraq beş saat və ya daha az yatmaq depressiyaya düşmə riskini iki dəfədən çox artırır.

 

London Universitet Kollecinin (UCL) tədqiqatçıları yuxusuzluqla  depressiya arasında əlaqə olduğunu bildirib. Çünki bu ikisi adətən “bir yerdə baş verir”.

 

Tarixən zəif yuxu psixi sağlamlıq probleminin yan təsiri olaraq görülüb. Əvvəlki tədqiqatlar az və ya çox yatmağı narahatlıq və depressiya kimi psixi sağlamlıq vəziyyəti ilə əlaqələndirib, lakin hansının əsas olduğunu müəyyən edə bilməyib. 

 

İngilis “Longitudinal Study of Ageing” tərəfindən 7146 insan üzərində aparılan tədqiqatlar bunu bir daha sübut edir. 

 

“Nature's Translational Psychiatry” jurnalında dərc edilən araşdırma gecədə beş saatdan az yatan insanların depressiya əlamətlərini özündə əks etdirmə ehtimalının vaxtında yatanlara nisbətən 2,5 dəfə daha çox olduğu qənaətinə gəliblər.

 

“UCL Epidemiologiya və Sağlamlıq İnstitutu” nun aparıcı müəllifi Odessa Hamilton:

 

“Bizdə suboptimal yuxu müddəti və depressiya arasında  "toyuq, yoxsa yumurta" ssenarisi var. Onlar əsasən birlikdə baş verir, lakin hansının birinci olduğunu demək çətindir”. 

 

Eyni zamanda, genetik olaraq depressiyaya meylli insanlar daha çox yatmağa meyllidirlər. Tədqiqat həmçinin depressiya ilə çox yatmaq arasında heç bir əlaqənin olmadığını, ən az doqquz saat yatanların depressiyaya düşmə ehtimalının bu həddə çatanlardan çox olmadığını bildirib.

 

Tədqiqatçılar yaşlı britaniyalılar üzərində araşdırmalar aparıb, çünki suboptimal yuxu və depressiya yaşla əlaqədar artır. 

 

Tədqiqat 2002-2016-cı illər arasında 12 yaşa qədər,  50 və yuxarı yaşlı iştirakçıları, həmçinin onların genetik quruluşunu təhlil edib.

 

Müəyyən edilib ki, hər 10 nəfərdən biri gecə orta hesabla beş saatdan az, 20 nəfərdən biri isə doqquz saatdan çox yatıb. Qalanları yuxunun orta müddətinin təxminən yeddi saat olmasına baxmayaraq,  gecədə beş saatdan çox, doqquz saatdan az yatıblar. 

 

Tədqiqat zamanı çox yatanların nisbəti dəyişməz qalsa da, beş saatdan çox yatmayanların sayı 5% artaraq hər 100 nəfərdə təxminən 15-ə çatıb.

 

Tədqiqatın əvvəlində depressiyadan əziyyət çəkən insanların sayı 8,8% olsa da, lakin təcrübə ərzində bu, 11,5%-ə yüksəlib. 

 

London Kral Kollecinin (King's College London- KCL) baş elmi işçisi Olesya Ajnakina qısa və uzun yuxu müddətlərinin depressiya ilə yanaşı, ictimai sağlamlıq yükünün əsas səbəblərindən olduğunu vurğulayıb. 

 

Bu o deməkdir ki, kiminsə yatdığı müddət və depressiyaya düşüb-düşməməsi hər iki valideynlərindən miras aldığı genetikadan asılıdır. Əkizlər üzərində aparılan əvvəlki araşdırmalar genetikanın insanın yuxu müddətində 40%, depressiyaya düşmə şansında isə 35% rol oynadığını ortaya çıxarıb.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...