Şahzadə Diananın "qara qoyun"u hərracda 1,1 milyona SATILDI - FOTO

Şahzadə Diananın

Cümə axşamı Nyu-Yorkda şahzadə Diananın geyindiyi geyimlər üçün hərrac təşkil olunub. Mərasimdə şahzadənin trikotaj jaketi rekord qiymətə satılıb.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Diana illər ərzində bir çox diqqət çəkəcək geyimlər geyinib. Onun unudulmaz gəlinliyindən tutmuş, mediada çox sevilən "intiqam paltarı" adlandırılan libasına qədər Diananın cəsarətli üslubu onun əbədi mirasının bir hissəsinə çevrilib.


Əvvəllər Diananın qarderobundan rekord satış 1989-cu ildə onun üçün Viktor Edelşteyn tərəfindən dizayn edilmiş xalatına aid idi. Straplez, tünd qırmızı ipək-məxməri paltar hərracda 604 min 800 dollara satılmışdı.


Lakin indi satılan qeyri-adi trikotaj həm rekord məbləği geridə qoyub, həm də hərracda indiyə qədər satılan ən qiymətli jaket olub. 


Əvvəlcə onun qiymətinin 50.000 ilə 80.000 dollar arasında olacağı təxmin edilib, lakin cəmi 44 təklifdən sonra jaket gözləniləndən 14 dəfə yüksək məbləğə təxminən 1,1 milyona satılıb.

 

Sözügedən qiymətli geyim Diananın ilk dəfə 1981-ci ildə indiki Kral III Çarlzla nişanlı olduğu zaman polo yarışında iştirak edərkən geyindiyi "qara qoyun" jaketidir.


Trikotaj dizaynerləri Sally Muir və Joanna Osborne tərəfindən 1979-cu ildə Warm & Wonderful etiketi altında yaradılan paltarda cərgələrdə düzülmüş ağ qoyun naxışı var. Jaketin qabağında isə bir qara qoyun nəzərə çarpır.    

 


Ancaq Diana onu geyindikdən bir neçə həftə sonra jaketdə problem olduğunu bildirib və Bukingem Sarayı tərəfindən istehsalçıya qaytarılıb. Muir və Osborne şahzadə üçün yenidən bir jaket hazırlayıblar və hətta bu davranışlarına görə sonra saraydan təşəkkür məktubu da alıblar. 


Diana daha sonra 1983-cü il polo matçında bu jaketi yenidən geyinib.

 


Qeyd edək ki, bu vaxta qədər hərracda satılan ən bahalı jaket MTV Unplugged-də "Nirvana" qrupunun çıxışı zamanı Kurt Kobeynin geyindiyi olub. Bu jaket 137 500 dollara satılıb.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...