Zelenski ilə bağlı yayılan video "Google"u HƏRƏKƏTƏ KEÇİRDİ

Zelenski ilə bağlı yayılan video

"Google" süni intellekt tərəfindən yaradılan siyasi təbliğatda "bu şəkil real hadisələri əks etdirmir" və ya "bu video məzmunu sintetik olaraq yaradılıb" kimi etiketlərin daxil edilməsini tələb edəcək. Beləliklə, istifadəçilər yanlış məzmundan qoruna biləcəklər.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, "Google" sözçüsü yeni qaydaların süni intellektlə məzmun yaradan vasitələrin yayılmasının qarşısını almaq üçün yaradıldığını bildirib.


Dəyişikliyin ABŞ-də növbəti prezident seçkilərinə qədər - noyabrda edilməsi planlaşdırılır.

 

"Google"un hazırkı reklam siyasəti artıq rəqəmsal media ilə siyasət , sosial məsələlər və ya ictimai maraq doğuran məsələlər haqqında insanları aldatmaq və ya çaşdırmaq üçün manipulyasiya etməyi qadağan edir.


Xatırladaq ki, mart ayında sosial şəbəkədə ABŞ-nin keçmiş Prezidenti Donald Trampın həbsini əks etdirən saxta foto paylaşılıb. Görüntü süni intellekt alətləri ilə yaradılıb.

 

Bundan başqa, mart ayında Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya təslim olmaqdan danışdığı saxta video da yayımlanmışdı.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...