Parlamentdə mumiyalanmış “yadplanetlilər”i nümayiş etdirdilər - VİDEO

Parlamentdə mumiyalanmış “yadplanetlilər”i nümayiş etdirdilər - VİDEO

Bu gün Meksika parlamentində keçirilən iclasda Peruda tapılan və yadplanetlilərə (UFO) aid olduğu iddia edilən iki cəsəd ictimaiyyətə nümayiş etdirilib. 


Sfera.az xəbər verir ki, şüşə qutuda iki kiçik “yadplanetli cəsədi” təqdim olunub.

 

Alimlərin qatıldığı tədbirdə “yadplanetlilərin” 1000 yaşında olduğu bildirilib. Meksika Avtonom Milli Universitetinin alimləri “yadplanetlilərin qalıqlarını” tədqiq etdiklərini və radiokarbon testlərinin aparıldığını açıqlayıblar. 


Açıqlama vermədən əvvəl and içən elm adamları, cəsədlərdə DNT testi etdiklərini və bu canlıların planetimizə aid olmadığını müəyyən etdiklərini söyləyiblər: “Biz onları mədənlərdə yerin altında tapdıq. Onları tapdıqda daşlaşmış vəziyyətdə idilər”.


Tədqiqatda iştirak edən UFO mütəxəssisi Jaime Maussan bu qalıqların Yer planetində yaşayan insanların təkamül prosesinin bir hissəsi olmadığını bildirib. Maussan daha əvvəl Peruda tapılan 5 mumiyanı analiz edib. Əllərində, ayaqlarında 3 barmağı olan mumiyaları "yadplanetlilər" adlandırıb. Lakin sonradan Maussanın iddiası təkzib edilib və mumiyaların uşağa aid olduğu bildirilib.


Tədbirdə Harvard Astronomiya Departamentinin direktoru professor Abraham Avi Loeb də videokonfrans vasitəsilə iştirak edib. O qeyd edib ki, Meksika hökuməti bu tapıntıları bütün elm adamlarına təqdim etməli və yadplanetlilərin mövcudluğu imkanları araşdırmalıdır.

 


Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...