Sehr, cadu və tilsimlərdən NECƏ QORUNMAQ OLAR? - Bu əlamətlər varsa...

Sehr, cadu və tilsimlərdən NECƏ QORUNMAQ OLAR? - Bu əlamətlər varsa...

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cadunun, tilsimin olduğunda israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülür. Tarix boyunca cadu, sehr, tilsim və s. bu kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.

 

Bəs sehr, cadu və tilsim varmı? Onlar insanlara necə təsir edə bilər?

 

Məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Hacı Təyyar Hüseyinli bildirib ki, ən qədim zamanlardan sehir və cadu olub:

 

“Tarix boyu sehr, cadu, tilsim və bu qəbildən olan məsələlər olduqca ciddi bir mövzudur. Bu barədə məlumatı olmayanlar özlərini razı salmağa çalışırlar ki, guya bunlar boş uydurmaladır və ya psixoloji xəstəliklərdən qaynaqlanan qarabasmaladır, cadu yoxdur, cin yoxdur və bu kimi şeylər deyirlər, amma bunlar əslində var və bu çox ciddi və təhlükəli mövzulardır. Bu işlə məşğul olduqlarını deyən bəziləri olur ki, onlar fırıldaqçılardır və bir müddətdən sonra ifşa olunurlar və məlum olur ki, bunlar bu sahənin adamı deyil. İstənilən sahədə formal mütəxəssis, saxtakarlar ifşa olunur”.

 

5118498jpg_1690443919.jpg (40 KB)

 

İlahiyyatçı bildirir ki, İslam dinindən və ya dünya dinləri tarixindən qaynaqlanan dövrlərə qədər, Hz. Musanı da misal gətirə bilərik ki, onların zamanında da cadugərlər və cadular olub. Onun sözlərinə görə, insanların bu kimi şəxslərə müraciət etməsinin səbəbi onlara aktual olan mövzuların görünməyən üzünü öyrənməkdir: “İnsanlar onlara müəmmalı qalan məsələləri öyrənmək istəyir. Xəyanətləri, baş verən ikiüzlülükləri öyrənmək üçün və ya xeyirli ziyanlı, qeyri-səmimi mühitdə, evdə, çöldə, ətrafda olanları bilmək üçün falçılara müraciət edirlər. Yəni insanlar onlara qarşı saxta münasibət və yaxud xəbəri olmayan bir düşmənçiliyi bilmək üçün müraciət edirlər. Yəni bu kimi əməllər var, mövcuddur”.

 

Bu barədə danışan psixoloq-sosioloq Samirə Bağırova bildirir ki, caduya meyllilik hər zaman olduğu kimi bu gün də aktualdır, lakin bu cahilliyin artmasıdır:

 

“Caduya meyllilik bütün əsrlərdə olduğu kimi günümüzdə də davam edir. Amma maraqlısı odur ki, bu hal sürətlə inkişaf edir. Bu da cahilliyin sürətlə artmasının göstəricisidir. Hətta xatırlayıram ki,seanslarımın birində molladan asılı vəziyyətə düşən bir şəxs gəlmişdi və yeni iş qura bilməsi üçün külli miqdarda pul xərcləmişdi. Halbuki, o pulları toplasaydı normal biznes adamı ola bilərdi. Öncəni bilmək və süni şəkildə "qurban" serotanin (xoşbəxtlik) hormonunu yaşayaraq, endorfin (adrenalin) hormonundan asılı vəziyyətə düşür”.

 

Screenshot (32)png_1690444371.png (214 KB)

Stressli insan olduğu vəziyyətin sonrasını bilmək və ya düzəltmək istəyir. Olduğu vəziyyətdən dərhal qurtulmaq özünü yaxşı hiss etmək, inanmaq yaxud əvəz çıxaraq sakitləşmək istəyir. Cahil düşüncəsi yaxud cahil çevrənin təsirinə uyaraq üz tutur mollaya. Heç bir insan xoşbəxtliyindən psixoloqa yaxud mollaya getmir. Burda sadə bölgü var. Sivil insan yəni aqillər, sağlam düşünmək və sağlam qərarlar vermək məqsədilə psixoloqa özünü analiz edir. Qafillər cahilcəsinə üz tutur mollaya və "qurbana" çevrilir. Yaşadığı hadisələri təkrar yaşamış olurlar. Çünki mollanın yazıb üfürdüyü ilə beyinə ağıl dolmur. – deyə Samirə Bağırova qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...