Tibbin möcüzəsi - Cırtdan hesab edilən insan şiş səbəbindən əsl “nəhəng”ə çevrilib

Tibbin möcüzəsi - Cırtdan hesab edilən insan şiş səbəbindən əsl “nəhəng”ə çevrilib

Avstriyalı Adam Rainer 18 yaşında cəmi 134 santimetr boyunda olub, lakin 30 yaşında onun boyu 2 metri keçib. O, bir insanın tibbi olaraq həm cırtdan, həm də nəhəng olaraq təsnif edildiyi tarixdə məlum olan yeganə insandır.
 

Sfera.az bildirir ki, ömrünün ilk iki onilliyində cırtdan hesab edilən və boyu bir yarım metrdən də az olan adam birdən iki metr otuz üç santimetrə qədər böyüyüb. Onun böyümə sürəti cırtdanlıq və hipofiz şişinin birləşməsindən qaynaqlanan tibbi möcüzə kimi təsnif edilmişdir. Təəssüf ki, bu inanılmaz nadir xəstəlik bir sıra digər ciddi sağlamlıq problemlərinə səbəb olub və bu adam 1950-ci ildə vəfat edib.
 

Rayner 1899-cu ildə Avstriyanın Qrats şəhərində anadan olub. Valideynləri orta boylu olsa da, artıq erkən uşaqlıqda onun böyüməsinin geri qaldığı məlum olub.


Birinci Dünya Müharibəsində döyüşmək üçün orduya yazılmaq istəyərkən həkimlər onu balaca boylu cırtdan adlandırıb və döyüşə yararsız hesab ediblər. Reyner cırtdan hesab edilsə də, qolları və ayaqları boyu onun boyu üçün çox böyük olub.
 

Sürətli böyümə onurğada problemlər yaradıb, buna görə avstriyalı tez-tez yataq xəstəsi olub.


Foto: Adam Rainer



Bir il sonra kişi iki santimetr böyüyüb və yenidən hərbi xidmətə getməyə çalışıb. Lakin ona yenidən rədd cavabı verilib. 21 yaşında, insanların çoxu böyüməyi dayandırdıqda, Reiner inanılmaz sürətlə böyüməyə başlayıb. 30 yaşında onun boyu 2 metr 19 santimetr olub.
 

1930-cu ildə kişini müayinə etməyə başlayan doktor A. Mandl və doktor F. Uindholz onun nadir hallarda ekstremal akromeqaliya, üzün, qolların və ayaqların anormal böyüməsi olan xəstəliyə səbəb olan spesifik bir şiş olduğundan şübhələnirdilər (böyümə hormonlarının həddindən artıq istehsalı nəticəsində baş verir). Vaxt keçdikcə Reynerin üzü daha kvadrat olur, çənəsi və qaşları bu xəstəlik səbəbindən getdikcə daha çox çıxırdı.
 

Həkimlərin fərziyyəsi bir il sonra təsdiqlənib və onlar şişi cərrahi yolla çıxardılar. Sürətli böyümə onurğada problemlər yaratdı. Şişlərə görə avstriyalı tez-tez yataq xəstəsi olur. O, həm də sağ gözü ilə görmür, sol qulağı ilə eşitmirdi. Reyner 51 yaşında vəfat edib. Dünyasını dəyişərkən boyu 2 metr 33 santimetr olub.

 


Aynil
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsa...

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki...

İki hərbçi dəm qazından boğularaq ölüb, araşdırma aparılır - RƏSMİ

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda...