“Məndən üzr istəsinlər, yoxsa polisə müraciət edəcəyəm” - VİDEO

“Məndən üzr istəsinlər, yoxsa polisə müraciət edəcəyəm” - VİDEO

Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.

 

Sfera.az xəbər verir ki, Axşam.az-a açıqlama verən İlkin Əhmədov məsələyə aydınlıq gətirib.

 

O bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib: “Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?”

 

Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz? Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?”

 

İfaçı qeyd edib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək: “Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm”.

 

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...