Beyons 70-ci illərin zərif üslubunda görüntüləndi - FOTO

Beyons 70-ci illərin zərif üslubunda görüntüləndi - FOTO

Amerikalı pop ulduz, rəqqasə və aktrisa Beyonse dəbli geyimdə həyat yoldaşı reper Cey Zi ilə avqustun Nyu-Yorkda görüntülənib. Qeyd edək ki, Beyons və Cey Zi 16 ildir evlidir. Üç övladı olan cütlük nadir hallarda ictimaiyyət arasında görünür.
 

Sfera.az bildirir ki, 42 yaşlı Beyons 70-ci illərin üslubunda geyinib. Müğənni məşhur italyan brendi “Emilio Pucci”dən paltar seçib. O, öz həyat yoldaşı Cey-Zi kimi tanınan 54 yaşlı Şon Kori Karterlə birlikdə çox şən və xoşbəxt görünüb. Beyons dəbli yaşıl şalvar, ipək şərf, qara rəngli üst paltar və boş gödəkçə geyinib. Platin sarışın saçları uzun hörüklərdə olub, qara gün eynəyi və uyğun yaşıl zolaqlı çanta ilə cazibədar görünüşünü tamamlayıb. Həyat yoldaşı reper gəzinti üçün mavi və qara rəngli idman kostyumu və ağ idman ayaqqabısı seçib.


2008-ci ildən bəri evli olan ulduz cütlük təhlükəsizlik işçisinin müşayiəti ilə açıq havada restorana gedib. Cütlüyün üç övladı (12 yaşlı Blue Ivy və yeddi yaşlı əkizləri Rumi və Sir) var.
 

Qeyd edək ki, bu il Beyons üçün mükafatlarla dolu olub. Beyons “2024-cü ilin xalq artisti”, “Ən yaxşı sənətçi” və “Sosial bölgənin ulduzu 2024” mükafatlarına namizəddir. Onun son albomu “Cowboy Carter” də 2024-cü ilin albomu nominasiyasını alıb.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...