Məşhur cütlüyün 8 il sonra övladı olur - FOTO

Məşhur cütlüyün 8 il sonra övladı olur - FOTO

Uzun illər həmkarı Kadir Doğulu ilə evli olan aktrisa Neslihan Atagül hamilə olduğu müjdəsini verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Fatih Harbiye"nin çəkiliş meydançasında tanış olub eşq yaşamağa başlayan Neslihan Atagül və Kadir Doğulu 2016-cı ildə möhtəşəm toyla evləniblər. Evliliklərini ictimaiyyətdən uzaq yaşayan cütlükdən körpə müjdəsi gəlib.

 

Bir müddətdir hamiləlik iddiaları ilə gündəm olan gözəl aktrisa "İnstagram" hesabından şəklini paylaşaraq “Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu, bizim haqqımızdır. Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq”, - qeyd edib.

 

Aktrisa paylaşımına həyat yoldaşı Kadir Doğulunu tag edib və şərhləri bağlayıb.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...