Məşhur aktyor xərçəngə TUTULDU: Xəstəxanadadır - FOTO

Məşhur aktyor xərçəngə TUTULDU: Xəstəxanadadır - FOTO

Əsl adı Uilyam Omar Landron Rivera olan 46 yaşlı Puerto-Rikolu reper və aktyor Don Omar xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. 

 

Sfera.az bildirir ki, məşhur reper “İnstaqram” səhifəsində xəstəxanadan şəkil paylaşıb.


Don Omar təfərrüatlara varmasa da, xərçəng diaqnozu qoyulduğunu bildirib.

 

Reperin pərəstişkarları ona dəstək şərhləri yazıblar:

 

“Mənim gözəl balam, sən əsl döyüşçüsən, əlbəttə ki, bunu da qazanacaqsan!”, “İrəli, çempion! Sən uzun müddətdir Yaradanı tanıyırsan. Tanrının köməyi ilə sağlam yaşa və bundan sonra daha bir 50 il konsert ver”.

 

Qeyd edək ki, Don Omar "Regqaetona" turnesinin ikinci mərhələsi üçün hazırlıqlar görürdü və ötən günlərdə paylaşdığı statusda isə pərəstişkarlarını konsertinə dəvət etmişdi: 

 

“Ən özəl cəhət odur ki, yanımda olan və yanımda olmağı istəyən onlarla insan var. Həyatıma və sənətimə hər zaman ən yaxşısını bəxş edirsiniz, hər birinizə təşəkkür edirəm! Turnenin ikinci mərhələsini gözləyin”.

 

Xatırladaq ki, Don Omar "Dale don dale", "Danza kuduro" kimi hitlərin müəllifidir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...