"Üzeyirlər, Damlalar, Vəfalar...Nə olacaq bunun axırı?" - Məşhur reperdən SƏRT TƏNQİD + VİDEO

“Biz pis tənqidə o qədər vaxt ayırırıq ki, yaxşı diqqətsiz qalır. Sonra da deyirik ki, yaxşının sosial şəbəkələrdə baxış sayı azdır”.

 

Sfera.az bildirir ki, bunu reper PRoMete modelyer Aynur Xəlilovanın “Hərşeyşünas” adlı podkastında qonaq olarkən deyib. O, son günlərdə trend olan bayağı mahnılardan söz açıb:

 

“Əslində bilirsiniz nə etməliyik? Bəyəndiyimiz hər bir şeyi “like” etməliyik, şərh yazmalıyıq. Sosial şəbəkə alqoritmi belə işləyir. Bu məsələdə olduqca diqqətli olmalıyıq. Vaxt ayırıb pisi söyməkdənsə, yaxşını həvəsləndirmək lazımdır. Bunu etdiyimiz təqdirdə biz doğrudan da yaxşılıq etmiş olacağıq. Yoxsa təhsil yoxdur…. Təhsilin bu gün atılmış toxumunu 10 il sonra biləcəyik ki, toxum cücərdi, yoxsa yox. Bir dəfə Rahib Azəriyə sual verdim ki, bu Üzeyir Mehdizadələr, Damlalar, Vəfalar.... Nə olacaq bunun axırı? O da qayıdıb dedi ki, sən nədən narahatsan ki? Bu, həmişə olub. Damla musiqimizə vurduğu zərəri vurub artıq. İndi ola bilər ki, peşəkarlarla işləyib, yaxşı nəticə verir. Sadəcə olaraq Damla tez təslim oldu, keçdi səviyyəli işlər təqdim etməyə”.

 

Reper bu mövzuda çox radikal düşündüyünü vurğulayıb:

 

“Damlanın indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, deməli, onda doğrudan da mən heç nə bilmirəm. Sadəcə olaraq yönünü dəyişib. Yaxşıya doğru olsa da, yaxşı deyil. Mənə sual verəndə ki, Miri Yusifin mahnı oxumağına münasibətiniz necədir? Miri Yusif Azərbaycan repinə elə xidmət edib ki, onun indi buraxacağı səhvi mən eksprement kimi qəbul edirəm”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...