"Sevən, lakin qovuşmayan..." - Gənclərin Damla, Şəbnəm, Üzeyir sevgisinin "doza"sı niyə yüksəkdir? 

Sosial şəbəkələrdə mütəmadi olaraq bəzi müğənnilərin sevənləri ilə görüşlərindən videolar paylaşılır. Həmin konsertlərdə və ya tədbirlərdə bəzi şəxslərin “dozadan artıq sevgisi” təəccübləndirir.  Ağlayanlar, qışqıranlar, hətta qarşı tərəfə belə zərər verənlər kifayət qədərdir. Biz xüsusilə, Üzeyir Mehdizadə, Damla, Şəbnəm Tovuzlu və.s kimi ifaçıların vətəndaşlarla ünsiyyətində bu cür mənzərələrin şahidi oluruq.

 

Maraqlıdır, insanların həddindən artıq sevgisi nədən irəli gəlir? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, buna platonik sevgi də deyilir:

 

“Bir insanın tanımadan kiməsə həddindən artıq sevgi bəsləməsi ən çox yeniyetmə yaş dönəmində olur. Bu, ortalama 15-18 yaş arasında özünü biruzə verə bilir. Düzdür, istisna hallar da var. Bəzən bu cür şəxslərin sevgisi müğənninin və ya digər məşhurun bir hərəkətindən sonra ani nifrətə çevrilir. Ən çox da müğənnilərə diqqət yetirin. İnsanlar onların oxuduğu hər hansısa mahnını sevirlər, amma əslində mahnıdan çox, şəxsin öz ruh halına uyğunluğu vacibdir. Bu gün Üzeyir Mehdizadənin sevənləri olsa da, bütün kütləyə xitab etmir, müəyyən qism onun fanatıdır. Amma Flora Kərimova, Zeynəb Xanlarova, İlhamə Quliyeva kimi adları xalq sevir”.

 

Müsahibimiz bildirib ki, xüsusilə Üzeyir Mehdizadənin kütləsi sevən, lakin qovuşmayan şəxslərdir:

 

“Bu da daha çox gənc yaşlarında olan şəxsləri əhatə edir. Yəni həmin gənclərin ruh halına uyğun sözlər yazıldığına görə müğənni də sevilir. Bunun səsin gözəl olması ilə əlaqəsi yoxdur. Eyni zamanda həmin müğənnilər insanlarla məsafə saxlayırlar. Bəzi müğənnilər sevənləri ilə şəkil çəkdirir, onların arasında olur. Amma bizdə müğənniləri cangüdənlər qoruyur və insanların arasına qətiyyən girmirlər. Biz axı qaçan insanı daha çox sevməyə meyilliyik. Bu səbəbdən o müğənniləri daha çox sevməyə başlayırıq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...