“Bu ad mənə ana südüm kimi halaldır” – Murad Arif + VİDEO

“Bu ad mənə ana südüm kimi halaldır” – Murad Arif + VİDEO

Məşhur müğənni Murad Arifin "HITMAKER" adlı konserti baş tutub.

 

Sfera.az xəbər verir ki, müğənni konsertdən əvvəl jurnalistlərə müsahibə verib. İfaçı konsertin tamaşaçılarda xoş əhval-ruhiyyə yaradacağına ümid etdiyini bildirib:

 

“Çox həyəcanlıyam. Ötən konsertdən daha çox enerjiliyəm. Mənim üçün əsas olan tamaşaçılarıma xoş təsir bağışlamaqdır. "HITMAKER" adlı bu konsertim mənim üçün çox özəldir. Çünki mənə bu adı xalq verib. Bu ad mənə ana südüm kimi halaldır”.

 

Daha sonra hit mahnıların bəstəkarı və ifaçısı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsertin açılışında “Çalxala-çalxala” mahnısına uyğun şou nümayiş edilib.

 

İfaçı musiqili gecədə 3 kostyum dəyişib. Səhnədə müğənnini duet ortaqları Elnarə Xəlilova, Lalə Məmmədova və Dilarə Kazımova tək qoymayıb.

 

Sənətçi sevilən duetlərini və mahnılarını pərəstişkarları üçün səsləndirib. Bu ifalar arasında "Dondurma", "Mənə Sən Lazımsan", "Oğlum", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!", "Qızım" mahnıları yer alıb.

 

Xatırladaq ki, Murad Arifin Heydər Əliyev Sarayında ilk konserti ötən ilin mayında baş tutub.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR