İbrahim Tatlıseslə problem yaşayan oğlu xəstəxanalıq oldu: "Təəccüblənmədim..." - FOTO

İbrahim Tatlıseslə problem yaşayan oğlu xəstəxanalıq oldu:

İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses xəstəxanaya yerləşdirilib. 


Sfera.az xəbər verir ki, son vaxtlar atası İbrahim Tatlıseslə yaşadığı problemlər səbəbindən tez-tez gündəmə gələn Ahmet Tatlıses xəstəxana otağından foto paylaşıb. 


"Adətən bayramlarda xəstələnirəm. Bu dəfə də təəccüblənmədim. Allah darda olanlara və xəstələrə kömək olsun", - o bildirib.


Tatlısesin müalicəsinin bayram boyu xəstəxanada davam edəcəyi qeyd edilib.

 

Xatırladaq ki, Ahmet Tatlıses keçən il beyin əməliyyatı olunub.


Asya

 


OXŞAR XƏBƏRLƏR