"Birinci ərimdən özüm ayrıldığım üçün buna..." - Təranə ilə Musa 9 il əvvəl boşanıb... - VİDEO

Müğənni Təranə Qumralın ifaçı qızı Qumral ilk dəfə efirdə hərbçi atası ilə bağlı açıqlama verib.

 

Sfera.az bizim.media-ya istinadən bildirir ki, bu barədə Qumral anası ilə birgə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

 

Qumral bildirib ki, anası ilə atası ayrılsalar da, bu, onların münasibətlərinə təsir etməyib:

 

"Atamla münasibətim sıx olmasa da, vaxtaşırı gedib ona baş çəkirəm. Bacım Fidan onunla görüşmür. Anam Təranə xanım atamla görüşməyimə heç zaman etiraz etməyib. Təbii ki, atam bacım Fidanı görmək istəyir. Hətta Fidan və onun uşaqları ilə telefonda videozəng vasitəsi ilə görüntülü də danışır. Amma bacımdan fərqli olaraq, mən atamla daha çox sıx əlaqədə oluram. O, bizə gəlir, mən də onlara gedirəm. Hətta kiçik bacım Sevgimi də atamla görüşəndə özümlə aparıram. Sevgim ona baba deyə müraciət edir. Axı burada nə var ki? Atam evli olsa da, onun övladı yoxdur".

 

Təranə Qumral qızlarının ataları ilə görüşməsinə heç zaman etiraz etmədiyini deyib:

 

"Adətən valideynlər ayrılanda ayrılan tərəf, bəlkə, etiraz edər. Amma mən özüm ayrıldığım üçün etiraz etmirəm. Qızım Qumral atası ilə gedib görüşür. Heç bir problem yoxdur"

 

T.Qumral birinci həyat yoldaşından boşanmasının səbəbləri ilə bağlı danışmaqdan boyun qaçırıb:

"Birinci ərimdən özüm ayrılmışam. O, məni psixoloji olaraq əzməyib. Niyə boşandığımız haqqında danışmaq istəmirəm. O çox gözəl insandır. İnsanlar var ki, ayrılanda qarşı tərəfin üstünə böhtan atırlar ki, narkoman idi, içki içən idi. Amma mən istəmədim. Niyələrim isə mənə qalsın. 31 ildir ki, mən Musa Musayevlə evliyəm. Bu isə bir igidin ömrüdür".

 

Sözügedən proqramın aparıcısı Zaur Nəbioğlu isə Təranə ilə Musanın nikah şahidi olduğunu vurğulayıb:

 

"9 il bundan əvvəl Təranə xanım Musa Musayevlə ayrılsalar da, mənim digər verilişimdə onların nikahları kəsilib. 2015-ci ildə Təranə xanımın nikah şahidi də mən olmuşam".

 

Qeyd edək ki, hazırda evli olan Təranə Qumral və Musa Musayevin Sevgim adlı qız övladı var. Təranənin birinci evliliyindən isə Qumral və Fidan adlı 2 qızı var.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...