Zaurdan Vüsaləyə SƏRT CAVAB: \"Səni işə götürmüşdüm, bu gün isə...\" - FOTO

Zaurdan Vüsaləyə SƏRT CAVAB: \

Aparıcılar Vüsalə Əlizadə ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb. 

 

Sfera.az axşam.az-a istinadla xəbər verir ki, buna səbəb Vüsalənin proqramına dəvət etdiyi qonaqlarına "Bizdə danışmırsınız, gedib orada danışırsınız" sözləri olub.

 

Zaur aparıcısı olduğu verilişdə Vüsalənin ünvanına sərt sözlər deyib:

 

"Verilişinizin 4 buraxılışını mənə və aparıcısı olduğum "Rəngarəng səhər" proqramına həsr etmisiniz. Mənim heç kimlə şəxsi problemim yoxdur. Səhər verilişləri arasında reytinqdə rekordları qırdığımız və sizin gəlib o rekorda çata bilmədiyiniz üçün bizi öz verilişinizdə mövzu edirsiniz.

 

Çox qəribədir, deyir ki, bizdə danışmayan məşhurlar gedirlər onların verilişində hər şeyi danışırlar. Bu, sirr deyil, sadəcə peşəkar jurnalist olmaq lazımdır. Mənim heç kimin işində, reytinqində, gündəmində gözüm yoxdur. O qədər ağlımda mövzularım var ki, istədiyiniz qədər sizə yardımçı ola bilərəm".

 

Zaur bildirib ki, illər əvvəl Vüsalə ilə eyni verilişdə çalışıblar: 

 

"İllər əvvəl işsiz qalanda mən sizi işə götürmüşdüm, verilişimdə çalışırdınız, bu gün isə gündəlik proqram aparırsınız, bunu da alqışlayıram və sevinirəm. Çünki mən efirdə olmadığım zaman siz efirdə aparıcılıq edirdiniz. Sadəcə, bu həyatdır da, siz işsiz qaldınız və gəlib mənim verilişimdə redaktor işlədiniz. Bu da çox normaldır, çünki mən də kimlərinsə verilişində redaktor işləmişəm".


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...