Yataqdan çılpaq görüntüsünü paylaşdı - VİDEO

Yataqdan çılpaq görüntüsünü paylaşdı - VİDEO

Britni Spirs Sem Asgharidən boşanmasını öz üslubunda qeyd etmək qərarına gəlib. “Qremmi” qalibi altı “sevimli sevgilisini” dostunun evinə dəvət edib və qonaqlıq verib.
 

Sfera.az bildirir ki, internetdə gənc oğlanın müğənninin ayağını yaladığı videosu yayılıb.
 

 

Sosial şəbəkələrdə Deyv adlı oğlanın müğənnini “ayaqqabıdan başla, qardaş” deyərək şənləndirərkən ayağını yaladığını əks etdirən video yayılıb.
Daha sonra klip qəfil kəsilir və Britni hovuz kənarında beş köynəksiz kişinin qucağında"Ok, cool!" deyərək qışqırır.


Bazar günü İnstaqram hesabında yayımlanan videoda isə Britni üstsüz poza verib.


 

 

Videoda 41 yaşlı müğənni Enni Lennoksun “I Put A Spell On You” mahnısını dinləyir çarpayıda yuvarlanaraq sinəsini əlləri və çarşafla örtüb.


Bu yaxınlarda axşam gəzintisi zamanı olduqca təmkinli görünən ifaçı videoda çəhrayı rəngli qısa tuman və buddan hündür dəri çəkmədə görünür.
 

Xatırladaq ki, bu yaxınlarda müğənninin əri, 29 yaşlı aktyor və model Sem Əsgərinin boşanmaq üçün məhkəməyə müraciət etdiyi məlum olub.


Sem 14 aylıq evliliyindən sonra Britni ilə ayrıldığını və keçən ay boşanmaq üçün müraciət etdiyini təsdiqləyib.


İddia edilir ki, Sem Britninin davranışı getdikcə qeyri-adekvatlaşdıqdan sonra münasibətlərə son qoyub. Jurnalistlər Britninin işçilərlə danışıb qışqırdığını, gülünc tələblər irəli sürdüyünü açıqlayıb.


Bir neçə jurnalist Britninin davranışının onun yaxınlarını daha çox narahat etdiyini bildirib. İlk vaxtlar Semin dərhal ona kömək etməyə çalışdığı, amma bacarmadığı deyilir.
 

Başqa bir mənbə Britninin bıçaqlara qəribə həvəsi olduğunu, bıçaqları divarlara atdığını və evin hər tərəfində gizlətdiyini paylaşıb.

 

"O, paranoyak kimi davranır. Sanki kimsə onu təqib edir və ona müdafiə üçün həqiqətən bıçaq lazımdır"- deyə bildirib.
 

Britninin Semə hücum etdiyi və təhlükəsizlik xidmətinin müdaxilə etmək məcburiyyətində qaldığı barədə də məlumatlar var idi.
 

Boşanma ərizəsində Asghari müğənnidən aliment və qanuni xərclərini ödəməsini tələb edir, Asgharı, həmçinin Britni ilə evləndikdən sonra övladlığa götürdükləri iki itin də psixologiyasına təsir edə biləcəyindən qorxduğunu bildirərək, buna görə ayrı-ayrı aktivlər və müxtəlif əşyalar tələb edir.
 

Qeyd edək ki, boşanma səbəbləri arasında Britni Spirsin xəyanəti haqqında da şaiyələr var. Onun işçilərdən biri ilə cinsi əlaqədə olduğu iddia edilib.
 

Xatırladaq ki, Sem Asgharinin Britni Spirslə münasibəti ilə bağlı başqa yeni faktlar da ortaya çıxıb.
 

Asgharinin işlədiyi idman zalının keçmiş müştərisinin dediyinə görə, Sem Britninin sadəlövhlüyünə rişxənd edib və heç vaxt eqoist motivlərə görə onunla olduğunu gizlətməyib.


Məhkəməyə müraciət edən Britni Spirsin əri Sem heç də çətin anlarda həyat yoldaşına səmimi dəstək və köməklik göstərə bilən adam olmayıb. Onunla rastlaşanların dediyinə görə, fitnes məşqçisi və İran əsilli model müğənnini nəinki aldadıb, hətta başqaları ilə söhbətdə ona lağ etməsinə də şərait yaradıb. Semin məşqçilərdən biri kimi işlədiyi Royal Personal Training idman zalının keçmiş müştərisi Ashley (Eşli) Frank “The News”a bu barədə danışıb.
 

Ashley Semi cinsi qısnama və təcavüzdə günahlandırıb və xəyanət edən ilk şəxsin Sem olduğunu bildirib.
 

Ashley iddia edir ki, Asghari ona təcavüz edib.

"O, mənim şəxsi məşqçilərimdən biri və mən Beverli-Hillzdəki RPT-də məşq edəndə dostum idi. Britni ilə birlikdə olduğu və evləndikləri zaman onu aldadıb. Sadəcə olaraq, onun snapchatlarının skrinşotlarını Britninin vəkilinə göndərməliyəm. Həqiqətən, mən bunu mütləq edəcəyəm”- deyə o, İnstaqram hekayəsində yazıb.
 

Britney Spirsi müdafiə edərkən Ashley vurğulayıb:
 

"Qız artıq bezdi. Bu yazıq qızdan istifadə etdi. İndi onu nikah müqaviləsindən yayındırmağa çalışır. Rədd olub, Britneyi rahat buraxın. Sem onunla görüşməyə başlayanda məşhur olmaq niyyətində idi. Britni namuslu idi. Lap əvvəldən Sem idman zalında müştəriləri ilə bu barədə gülürdü"- yazıda deyilir.

Ashley Sam ilə oxşar təcrübələri olan digər qadınları həqiqətlərini bölüşməyə və dürüst olmağa səsləyib:
 

"Şəxsən mən Semlə heç vaxt görüşməmişəm. Onun heç bir arzuolunmaz fotolarına və ya idman zalında duşda onunla yatmaq istəyib-istəmədiyimi soruşduqda şəxsən cavab verməmişəm. Bağışla Sam, sən mənim tipim deyilsən”

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...