Maliyyə Nazirliyindən maaş artımı ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyindən maaş artımı ilə bağlı AÇIQLAMA
Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır.

Həmçinin əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir.

"Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə  Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə, nazirlik bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bütün növ pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ AÇIQLANDI

Gələn il üçün sosial müdafiə fondunun həm gəlirləri, həm də xərcləri təxminən 5 faiz yüksəlir və 5 milyard 307 milyon manata çatır. Bu, indiyə qədər ən yüksək h...

Fərhad Əhmədov: Vladimir Putinin "Rəngli təkamülü"

Keçmiş senator, sahibkar, xeyriyyəçi Fərhad Əhmədov son aylarda Avropanı bürüyən qaz böhranı, bu vəziyyətdə rəsmi Moskvanın davranışları ilə bağlı Rusiyanın E...

Maliyyə Nazirliyindən maaş artımı ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 16 oktyabr ...

Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər ARTIRILIR

Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edil...

Mərkəzi Bank uçot dərəcəsini artırdı - 5 illik fasilədən sonra

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-...

“Vətəndaş vəsaitini niyə manatda saxlasın ki?” – Natiq Cəfərlidən devalvasiya xəbərdarlığı

"Hamıya aydındır ki, manat daha heç vaxt dollar qarşısında bahalaşmayacaq”. Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O, manatın uzun m...