Ülvi Quliyev: “Bu virusa birlikdə qalib gəlmək olur”

Ülvi Quliyev: “Bu virusa birlikdə qalib gəlmək olur”
 Koronavirusla bağlı tətbiq edulən xüsusi karantin rejiminin qaydaları mayın 18-dən Bakı, Gəncə, Sumqayı, Lənkəran şəhərlərində və Abşeron rayonunda da yumşaldılıb. Son günlər bu virusa yoluxanların sayının artığını nəzərə alıb, iddia etmək olarmı ki qaydaların yumşaldılması insanların biganəliyinə, xəstələrin çoxalmasına gətirə bilər?


Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Ülvi Quliyev hesab edir ki, insanlarımız məhz indi - xüsusi karantin rejimi qaydalarının yumşaldığı müddətdə özlərini əvvəlkindən də çox qorumalıdırlar:


"Xüsusi karantin rejiminin yumşaldılması o demək deyil ki, bu virus da itib. Yaddan çıxarmayaq ki, koronavirusun yayılma sürəti və miqyası genişdir, buna görə ehtiyatı əldən vermək olmaz. İndiki məqamda insanların işə-gücə getməsi halları artıb, evdən çıxanlar çoxalıb, bu baxımdan qorunmaq daha çox vacibdir. Bilmək lazımdır ki, özünü qorumaq ailə üzvlərini, övladlarını, valideynlərini, dostlarını qorumaq deməkdir. Koronavirus elə bir məsələ deyil ki, yalnız özünə cavabdeh olasan. Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı tövsiyələri var. Mütləq həmin tövsiyələrə əməl etmək lazımdır”.


Deputat koronavirus dövründə Azərbaycanda görülən işlərə də münasibət bildirib:


"Müşahidələr göstərdi ki, Azərbaycan dövləti öz insanlarını daha yaxşı qoruyur. Öz vətəndaşlarının sağlamlığı dövlət üçün bir nömrəli məsələdir. Bunu inkişaf etmiş Avropa ölkələrindəki anoloji halla müqayisə edəndə, daha yaxşı görmək olar. Ona görə də insanlar dövlətimizin onların sağlamlığının qorunması istiqamətində yürütdüyü siyasətə dəstək verməlidirlər. Biz özümüzü qorumaqla həm yaxınlarımızı, həm cəmiyyətimizi, həm də dövlətimizi qorumuş oluruq. Ona görə mən insanlarımızı karantin qaydalarının yumşaldığı dövrdə də nizam-intizamlı, məsuliyyətli  olmağa, vacib olmadıqda evdən çıxmamağa çağırıram. Əgər evdən çıxırlarsa, tibbi maskalardan istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Prezidentimizin qeyd etdiyi kimi, bu virusa birlikdə qalib gəlmək olur”. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...